Rauf Mirqədirov

Rauf Mirqədirov (15 iyun 1961, Bakı) — Azərbaycan jurnalisti, redaktoru, "Əməkdar jurnalist" (2005), "Demokratik Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, Ermənistana casusluq etməklə ittiham olunan şəxs.

Rauf Mirqədirov
Doğum tarixi 15 iyun 1961(1961-06-15) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, felyetonçu[d], casus
Partiyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 2005
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rauf Mirqədirov 1961-ci il iyunun 15-də Bakıda anadan olub[1].

1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət həmin universitetdə baş laborant vəzifəsində çalışıb, sonra "Azərnəşr"də kiçik redaktor, redaktor işləyib[1].

Fəaliyyəti

1991-ci ildə "Zerkalo" qəzetinin müxbiri təyin edilib. 1992-ci ildə həmin qəzetdə daxili informasiya şöbəsinin müdiri, 1992–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat mərkəzinə rəhbərlik edib[1].

1996-cı ildən "Zerkalo" qəzetində şöbə müdiri işləyib. 1998–1999-cu illərdə "Demokratik Azərbaycan" qəzetinin baş redaktoru olub. 1999–2000-ci illərdə "Bu gün" qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb[1].

2000–2001-ci illərdə "Millət" qəzetinin baş redaktor müavini vəzifəsini tutub. 2001-ci ildən "Zerkalo" qəzetinin siyasi icmalçısıdır. 2010-cu ildən həm də qəzetin Türkiyədə xüsusi müxbiridir[1].

Casusluq

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.

Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib[2]. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şəxsi həyatı

Evlidir, 3 övladı var[1].

Mükafatları

Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb[1].

2008-ci ildə Norveçin "Söz azadlığı" Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondunun təsis etdiyi "Söz azadlığı" beynəlxalq mükafatını alıb.

İstinadlar

  1. "Rauf Mirqədirovun bioqrafiyası". "Media forum" (az.). mediaforum.az. 2014-04-23 - 14:54:00. 2014-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-22.
  2. "Prokurorluq Rauf Mirqədirovla bağlı təqdimat verib". "Media forum" (az.). mediaforum.az. 2014-07-15 - 12:54:00. İstifadə tarixi: 2014-07-22.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.