Rauf Məmmədov (hüquqşünas)
Məmmədov Rauf Kərim oğlu — Azərbaycan Respublikası Baş Prokurorluğunun polkovniki, Qarabağ müharibəsi iştirakçısı, "Vətən uğrunda" medalı kavaleri.
Rauf Məmmədov | |
---|---|
Rauf Kərim oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Seyidlər, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas |
Mükafatları |
Həyatı
Məmmədov Rauf Kərim oğlu 5 avqust 1965- ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1973-1983- cü illərdə Laçın rayonunun Pircahan kənd orta məktəbində orta, 1983-1984- cü illərdə isə Şuşa şəhər 72 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb.
1984-1986-cı illərdə Ukrayna respublikasında, keçmiş SSRİ Silahlı qüvvələrində, müddətli həqiqi hərbi xidmət keçib. 1987-ci il də Pedoqoji Universitetin “Hərbi hazırlıq və Bədən tərbiyəsi” fakultəsinə daxil olub, 1991-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
1991 -ci ilin sentyabr ayından, 1992-ci ilin fevral ayınadək Laçın rayonunun Seyidlər kənd orta məktəbində müəllim işləyib. 2 Fevral tarixində könüllü olaraq Müdafiə Nazirliyinin 811 N- li hərbi hissəsində taqım komandiri, bölük komandirinin müavini və tabor qərərgahının rəisi vəzifələrində, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1993- cü ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə keçirilməklə hərbi xidməti davam etdirib. Xüsusi İdarənin Bakı Qarnizonu üzrə şöbəsində əməliyyat müvəkkili, 1996-cı ilin may ayından, 1998-ci ilədək baş əməliyyat müvəkkili, 1998-ci ilin avqust ayından Bakı Qarnizonu üzrə şöbədə bölmə rəisi vəzifələrində xidmət edib.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin hüquq (qiyabi) fakultəsində təhsil alıb. Aprel 2005-ci il tarixindən, iyun 2006-cı il tarixinədək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (keçmiş MTN) Şamaxı rayon şöbəsinin rəisi vəzifəsində, 2006-cı ildən, 2017 -ci ilin may ayınadək Abşeron rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. 2017-ci ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunda Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsində çalışır.
Qarabağ müharibəsi veteranıdır. Sərbəst güləş üzrə idman ustasıdır.
Təltif və mükafatları
28 mart 2009- cu ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.[1]
Ailəsi
Ailəlidir 2 övladı var.