Rauf Məmmədov (şahmatçı)

Rauf Məmmədov (26 aprel 1988, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2004), üç qat Azərbaycan Şahmat Çempionatının qalibi (2004, 2006 [mənbə göstərin] , 2008, 2015).

Rauf Məmmədov
Ölkə Azərbaycan Azərbaycan
Doğum adı Rauf
Doğum tarixi
Doğum yeri Bakı
Azərbaycan Azərbaycan SSR
Titulu qrosmeyster (2004)
Son reytinqi 2654 (sentyabr 2021)
Maksimal reytinqi 2709 (dekabr 2017)[1]
FİDE nömrəsi 13401653
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrosmeyster olub.

O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar HəşimovQədir Hüseynovla birgə oynamışdır.

2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuri KuzubovDmitri Andreykinlə 1–3-cü yerləri bölüşdürmüşdür.

2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olmuşdur.

2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibi olmuşdur.

Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur (2004[2], 2006[mənbə göstərin] , 2008, 2015).

Rauf 2015 və 2016-cı ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin iştirakçısı olmuşdur.

Qalereya

İstinadlar

  1. Mamedov, Rauf Arxivləşdirilib 2021-05-26 at the Wayback Machine fide.com (FİDE) (ing.)
  2. "Победители определены" (PDF). Azerizv.az. 14 сентября 2004 года. səh. 4. 2016-09-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10. (rus.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.