Rauf Kazımovski
Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976)[1] — Azərbaycan kinorejissoru.
Rauf Kazımovski | |
---|---|
Kazımovski Rauf Mirmahmud oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (47 yaşında) |
Uşağı | |
Atası | Mirmahmud Kazımovski |
Fəaliyyəti | rejissor |
Mükafatları |
Həyatı
Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Filmoqrafiya
- Şamdan bəy (film, 1956)
- Korun mahnısı (film, 1961)
- Körpə (film, 1962)
- Yun şal (film, 1965)
- Poçt qutusu (film, 1967)
- Bəşir Səfəroğlu (film, 1969)
- General (film, 1970)
- Aktrisanın təbəssümü (film, 1974)
- Aldanmış kəvakib (film, 1974)
İstinadlar
- Azərbaycan kinosu. Ensiklopedik lüğət. Bakı: Elm və Təhsil, 2017, s.229
Mənbə
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 41.
- "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
- Kazımovski Rauf Mirmahmud oğlu — Üzeyir Hacıbəyov Elektron Ensiklopediyası.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.