Rauf Həbibov
Rauf Həbibov (1 aprel 1965, Lənkəran) — Quba Rayon İcra Hakimiyyətinin başçısı[1] (1 oktyabr 2007–2 mart 2012); 2012-ci ildəki Quba üsyanının əsas səbəbkarı.
Rauf Həbibov | |
---|---|
Quba Rayon İcra Hakimiyyətinin başçısı | |
1 oktyabr 2007 – 2 mart 2012 | |
Əvvəlki | Ərziman Əliyev |
Sonrakı | Mübariz Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1965 (58 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb.
1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib.
1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir[1].
2012-ci ilin fevral ayının sonlarında Rauf Həbibovun internetdə yayılan video-çıxışına[2] etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib.
2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[3].
İstinadlar
- "R. X. Həbibovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 1 oktyabr 2007-ci il tarixli, 2414 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2023-09-06 at the Wayback Machine (az.)
- "Quba icra başçısı xalqı belə təhqir etdi. youtube.com". 2015-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-01.
- "R.X.Həbibovun Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 mart 2012-ci il tarixli Sərəncamı. Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine (az.)