Rast

RastAzərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri.[1] Bütün müsəlman ölkələrində mövcuddur.

Etimologiya

"Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir.

Tarixçə

Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır.

Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır:

Rast ailəsinə bir sıra muğamlar aiddir. "Mahur–Hindi", "Orta Mahur", "Bayatı–Qacar", "Dügah" dəstgahları məhz Rastın variantlarıdır. Bu muğamlar öz quruluşu və musiqi məzmunu baxımından bir-birinə çox uyğundur.

Rast muğam dəstgahı kimi

Yaxın Şərq xalqları klassik musiqisinin 12 muğamından biri. “Qədim musiqişünaslar rastı muğamların anası adlandırmışlar. Rast muğamı nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir.” [2]

Rast Azərbaycan musiqisində

Azərbaycan musiqisində: novruz-rəvəndə, rast, üşşaq, hüseyni, vilayəti (bəzən dilkeş), xocəstə, xavəran, əraq, pəncgah, rak, əmiri və məsihi şöbələrindən ibarət dəstgah.

Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.[3]

Bakı musiqi məclislərində “Rast” dəstgahı 15, Şuşa muğam məclisində 18 şöbə və guşədən ibarətdirsə, Şamaxı məclisində isə şöbə və guşələrin sayı 21 olmuşdur. Həmin bu üç muğam məclisində oxunan “Rast” dəstgahının sayı və ardıcıllığı aşağıdakı cədvəldə verilir [4][5]:

Bakı (Abşeron)Şuşa (Qarabağ)Şamaxı (Şirvan)
1. Mayeyi Rast1. Rast1. Rast
2. Novruzi rəvəndə2. Pəncgah2. Üşşaq
3. Rast3. Vilayəti3. Mücrü
4. Üşşaq4. Mənsuriyyə4. Hüseyni
5. Hüseyni5. Zəminxarə5. Vilayəti
6. Vilayəti6. Rak-hindi6. Siyahi-ləşgər
7. Xocəstə7. Azərbaycan7. Məsihi
8. Xavəran8. Əraq8. Dəhri
9. Əraq9. Bayatı-Türk9. Xocəstə
10. Pəncgah10. Bayatı-Qacar10. Şikəsteyi-Fars
11. Rak11. Mavəraənnəhr11. Rak-hindi
12. Xavəran12. Balu-Kəbutər12. Rak-Xosrovani
13. Əmiri13. Hicaz13. Saqinamə
14. Məsihi14. Şahnaz14. Əraq
15. Rast15. Əşiran15. Təsnif-Qərai
16. Zəngi-Şötər16. Məsnəvi
17. Kərkuki17. Zəngi-Şötər
18. Rast18. Nəğməyi-Hindi
19. Mənəvi
20. Kabili
21. Rast

Rast muğamı əsasında bəstələr

  • Ə.Quliyevin rəhbərliyi ilə xalq çalğı alətləri orkestri - Əraq rəngi
  • Muğam Teatrının solistləri - Rast rəngi

Rast İran musiqisində

İran musiqisində "Rast-pəncgah" kimi bilinir: zəngulə, pərvanə nəğmə, ruh-əfza, Xosrovani, pəncgah, süpehr, üşşaq, Şiraz, bayatı-əcəm, mübərriqə, qərəcə, bəhr-nur və əlavə olaraq Əbül-çəp, Leyli və Məcnun, ravəndi, novruz-ha, nəfir, fərəng, əraq şöbə və guşələrindən ibarət dəstgah.[6]

Rast muğamı Türkiyə musiqisində

13 əsas (basit) makamdan biridir.[7][8][9]

Rast muğamı Özbək və Tacik musiqisində

Şeşməqama daxil olan altı əsas muğamlardan biridir [10][11].

Rast musiqi ladı (məqamı) kimi

Quruluşu: 1-1- 1/2 ton formullu üç tetraxordun qovuşuq üsulla (x.1 - intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının IV, VI, VII, VIII pillələri istinad-dayaq pilləsi kimi “Rast” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri – xalq mahnıları, rəqsləri, aşıq havaları həmin pillələrə əsaslanır.[12]

Rast ladında bəstələr

Xalq mahnıları
  • Aman nənə
  • Mən gedirəm Zəngilana
  • Çal, oyna
Bəstəkar mahnıları
  • "Arşın mal alan" operettasından Əsgərin mahnısı "Arşın mal alan", qızların xoru "Arşın malçı, mal göstər", Cahan xalanın mahnısı “Çadramı sallam başıma”
  • "O olmasın, bu olsun" operettasında Rüstəm bəylə Meşədi-İbadın dueti [13]
Rəqslər

Qaynaq

  1. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Rast". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
  2. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları - Tarixi məlumat". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  3. "Muğam Ensiklopediyası - Rəng". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  4. Ramiz Zöhrabov. Muğam. Bakı: "Azərnəşr", 1991, səh 104.
  5. "Zakir Mirzəyev. Rast muğamı (muğam fənni üzrə metodik vəsait). Bakı, 2010" (PDF). 2022-06-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-06.
  6. "Muğam Ensiklopediyası - Rast-Pəncgah". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  7. Turkish Music Portal - Turkish Music Dictionary
  8. "Academy of Turkish music by Öztürk Şahin - Özelde Makam Sınıflandırılması". 2017-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  9. ""Esendere" kültür sanat derneği - Hüseyin Sadeddin Arel'in "Türk Musikisi Kimindir" Kitabından alıntılar". 2019-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  10. "Muğam Ensiklopediyası - Şeşmakom (Şeşməqam)". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
  11. UNESCO - Shashmaqom music
  12. "Muğam Ensiklopediyası - Rast". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  13. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Rast". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  14. "Эльнара Дадашева. Некоторые особенности мелодических отклонений в азербайджанских народных танцах. Международный музыкальный культурологический журнал "Harmony"". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  15. Əfrasiyab Bədəlbəyli - Muğamlar Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. “Azərbaycan pioneri”, 21, 24 fevral 1961.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.