Rassell qrupu
Rassell qrupu (ing. Russell Group) ― Britaniyada fəaliyyət göstərən 24 aparıcı tədqiqat universitetinin təmərküzləşdiyi assosiyasiya.[1]
Rassell qrupu | |
---|---|
ing. Russell Group | |
Növü | Ali təhsil müəssisələrinin assosiyasiyası |
Yaranma tarixi | 1994 |
Rəsmi dili | İngilis dili |
Mərkəzi | Steyşn Roud, Kembric |
Fəaliyyət göstərdiyi yer | Britaniya |
Prezident | Nensi Rosvel |
Üzvləri |
24
|
russellgroup.ac.uk |
1994-cü ildə yaradılmış təşkilat Britaniyadakı qabaqcıl ali təhsil ocaqlarında aparılan tədqiqatları daha da intensivləşdirmək və koordinasiya etmək məqsədilə dövlət tərəfindən formalaşdırılmışdır.[1] Sözügedən qrupda cəmlənmiş müəssisələr Böyük Britaniyanın ən nüfuzlu universitetləri hesab olunurlar və eyni zamanda, tədqiqat universiteti statusuna malikdirlər.[2]
Hazırda, Britaniyada ali təhsil tələb edən işlərin 61%-də Rassell qrupuna üzv universitetlərin məzunları çalışır.[3] Bundan əlavə, Birləşmiş Krallıqda əldə olunmuş doktorantura elmi dərəcələrinin 60%-i də qeyd olunan qrupun üzvlərinin payına düşür.[4] Rassell qrupu üzvü olan ali təhsil müəssisələrinin tədqiqatlarının 68%-i "Dünya miqyaslı" hesab olunur.[4]
Üzvlər
Universitet[5] | Qoşulduğu il | Elmi heyət üzvü (2018/19)[6] | TEF mükafatı[7] |
---|---|---|---|
Qlazqo Universiteti | 1994 | 4,020 | Qızıl |
Bristol Universiteti | 1994 | 3,285 | Gümüş |
Kembric Universiteti | 1994 | 6,215 | Qızıl |
Kardiff Universiteti | 1998 | 3,330 | Gümüş |
Durhem Universiteti | 2012 | 1,720 | Qızıl |
Edinburq Universiteti | 1994 | 7,310 | − |
Ekzeter Universiteti | 2012 | 2,810 | Qızıl |
Birminhem Universiteti | 1994 | 4,275 | Qızıl |
London İmperial Kolleci | 1994 | 4,055 | Qızıl |
London Kral Kolleci | 1998 | 4,390 | Gümüş |
Lids Universiteti | 1994 | 3,785 | Qızıl |
Liverpul Universiteti | 1994 | 3,005 | Gümüş |
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | 1994 | 1,725 | Bürünc |
Mançester Universiteti | 1994 | 5,080 | Gümüş |
Nyukasl Universiteti | 1994 | 3,010 | Qızıl |
Nottinqem Universiteti | 1994 | 3,495 | Qızıl |
Oksford Universiteti | 1994 | 6,905 | Qızıl |
London Şahzadə Meri Universiteti | 2012 | 3,235 | Gümüş |
Belfast Şahzadə Universiteti | 2006 | 1,905 | − |
Şeffild Universiteti | 1994 | 3,495 | Gümüş |
Sauthempton Universiteti | 1994 | 2,735 | Gümüş |
London Universitet Kolleci | 1994 | 7,700 | Gümüş |
Uorvik Universiteti | 1994 | 2,635 | Gümüş |
York Universiteti | 2012 | 1,935 | Qızıl |
İstinadlar
- "About" (ingilis). russellgroup.ac.uk. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
- "What is The Russell Group? List of Russell Group Universities" (ingilis). 3 yanvar 2019. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
- "Graduates in the UK Labour Market – 2017" (Press-reliz). Office for National Statistics. 24 November 2017. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2019.
- "Research Excellence Framework". Russell Group. 18 December 2014. 8 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2016.
- "Russell Group: Our Universities". Russellgroup.ac.uk. 26 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2012.
- "Who's working in HE". Higher Education Statistics Agency. Staff numbers by HE provider. 29 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2020.
- "TEF Outcomes". Office for Students. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2018.
Xarici keçidlər
- russellgroup.ac.uk — Rassell qrupunun rəsmi saytı (ing.)