Rasim Quliyev (mühəndis)
[1]Rasim Kamil oğlu Quliyev (28 fevral 1950, Yevlax rayonu – 8 dekabr 2021) — Mənzil-kommunal təsərrüfatı nazirinin müavini (1992), Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Prezidenti (1995), Azərbaycan Respublikasının Əməkdar mühəndisi.
Rasim Quliyev | |
---|---|
Rasim Quliyev Kamil oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 fevral 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 8 dekabr 2021 (71 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Partiya | |
Təhsili | |
Dini | İslam |
|
|
Təltifləri |
Ömrü
1950-ci il 28 fevral Yevlax rayonunda anadan olmuşdur. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil alıb. 1998-ci ildə dissertasiya müdafiə edərək, Texnika elmləri namizədi, Alimlik dərəcəsinə layiq görülmüşdür. 2 elmi ixtirası, 9 elmi məqaləsi vardır. Təyinatla SSRİ Sugeo Elmi Tədqiqat İnstitutunun Bakı filialına göndərilib.
1973-1975-ci illərdə Sərsəng (Ağdərə) su anbarının tikintisində mühəndis, şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 1975-1979-cu illərdə "Azərkəndsutikinti" Nazirliyində mühəndis, tikilməkdə olan müəssisələr birliyinin direktoru vəzifəsində çalışıb. 1979-1983-cü illərdə Su Artezian idarəsinin rəisi vəzifəsində işləyib.
Cəbrayıldan Horadizə 564 km olan su xəttinin çəkilişinə rəhbərlik edib. Naxçıvan, Sabirabad, Ucar, Xaçmaz qurusu kəmərləri layihələrinin tikilib təhvil verilməsində rəhbərlik etmişdir. 1983-1985-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin "Orbita" Servisdə Azərbaycan Respublikası İstehsalat Birliyinin əsas tikinti idarəsinin rəisi, 1989-1991-ci illərdə Azərbaycan SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Qobustan Qışlaqlarının Suvarma Sistemlərinin rəisi, 1991-1992 ci illərdə "Kommunsənayesutəchizatı" İİB-nin rəis müavini, "Bakı Su Kəmərləri" idarəsinin rəisi, 1992-ci ilin noyabr ayından 1995-ci ilin mayınadək RESPUBLİKA MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI nazirinin müavini təyin edilmişdir. Eyni zamanda Kommunal Sənaye Su Təchizat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
1995-ci ildən Milli Məclisin qərarı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Prezidenti vəzifəsinə təyin olunub. MDB ölkələri arasında ilk dəfə olaraq Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olmuşdur.
1996-cı ilin fevralından 2006-cı ilin aprelinə qədər "Sabuhi" şirkətinin birinci vitse-prezidenti olmuşdur. 2006-cı ildə "Azərsu Kanal" MMC-də sərdin müşaviri, sonrakı illərdə ardıcıl olaraq "Azərsu" ASC-də Suyun İstismarı şöbəsinin rəisi, “Azərsu” ASC-nin Su mənbələri və magistral kəmərlərin idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 iyun 2017-ci il Sərəncamı ilə Azərbaycanın Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis" fəxri adı ilə təltif edilib.
2021-ci ilin oktyabr ayına qədər " Sukanal" ETLİ-nin Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsinin aparıcı elmi işçisi olub.
Ailəlidir, 2 qızı və 1 oğlu var.
O, 2021-ci il dekabr ayının 8-də dünyasını dəyişib.