Rasim Qaraca

Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist.

Rasim Qaraca
Doğum tarixi
Doğum yeri Şirvan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi
İxtisası jurnalist
Fəaliyyəti jurnalist
Əsərlərinin dili azərbaycanca

Həyatı

Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib.   Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub. İstər əsərlərində, istərsə ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrə qarşıdır. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır.

Kitabları

  1. Ölüm haqqında günəş (şeirlər). Bakı: 2002, 2015 (2009 Tehran)
  2. R hərfi olmayan aylar (şeirlər). Bakı: 2006
  3. Əyri evin qadını (hekayələr). Bakı: 2010
  4. Siz ey ordakılar (şeirlər). Bakı: 2011
  5. Gemiler Balıkların Bulutları (şeirlər). 2012 Ankara
  6. 11 gecə (roman) - 2014
  7. Azərbaycan Arqo Deyimləri - 2015
  8. Alatoranda yazılanlar - 2017
  9. Zürafəsiz dünya (şeirlər) - 2018
  10. Zülmətdə alatoran (avtobioqrafik roman) 2019
  11. Mənim həyatımı yaz (hekayələr) 2020
  12. Tənha qurbağanın səsi - 2021
  13. Sənin toxunduğun hər şey (hekayələr) 2022
  14. Zülmətdə alatoran (təkrar nəşr, artırılmış) 2023
  15. Yepyeni şeirlər 2024

Filmoqrafiya

  1. Düyün (film, 2008)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.