Rasim Məmmədov (fizik)
Məmmədov Rasim Qara oğlu (1 iyun 1950, Nərimanlı, Basarkeçər rayonu) – fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005), Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Rasim Məmmədov | |
---|---|
Məmmədov Rasim Qara oğlu | |
Doğum tarixi | 1 iyun 1950 (73 yaş) |
Doğum yeri | |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (2004) |
Elmi adı | professor |
İş yeri | |
Təhsili |
Həyatı
Məmmədov Rasim Qara oğlu 1 iyun 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub.
1967-ci ildə Nərimanlı kənd orta məktəbini "Qızıl medal"la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub.
1971–1972-ci illərdə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini "Fərqlənmə diplomu" ilə başa vurub. 1972–1974-cü illərdə zabit olaraq Sovet Ordusunda xidmət etmişdir.
1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
2004-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.
Hazırda BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədridir, BDU Elmi Şurasının üzvüdür, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavinidir, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəridir, "Bakı Universiteti Xəbərləri" jurnalının redaksiya heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.
130 elmi məqalə, 35 elmi-publisist məqalə, 1 monoqrafiya, 3 kitab və 5 patent, 50-dən artıq elmi məruzəsi dərc edilib.
Ailəlidir, iki oğlu və bir qızı vardır.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
2008-ci ildə Rusiyanın İvanov şəhərində keçirilən V Beynalxalq Elmi Konfransda "Kristallaşma mexanizmi və kinetikası. Nanotexnologiya üçün kristallaşma" mövzusunda, Ukraynanın Xarkov şəhərində keçirilən I Beynalxalq Simpoziumda "Supramolecul və Nanokimya tətbiqlərə doğru" mövzusunda, İranın Təbriz şəhərində keçirilən II Beynalxalq Konfransda "Nanoelm və Nanotexnoloğiya" mövzusunda, Malayziyada keçirilən II Beynalxalq Konfransda "Funksional Materiallar and Cihazlar" mövzusunda konfranslarda iştirak etmişdir.
2007-ci ildə və 2008-ci ildə Rusiyanın Ulyanovsk şəhərində keçirilən X Beynalxalq Konfransda "Opto-, nanoelektronika, nanotexnoloğiya və mikrosxemlər" mövzusunda konfranslarda iştirak etmişdir.
2004, 2006 və 2008-ci illərdə Ruminiyanın Piteşti şəhərində keçirilən simpoziumda fəal iştirak etmişdir.
2004, 2005, 2006, 2007 və 2008-ci illərdə Bakı şəhərində "Nanoölçülü cisimlərdə İşıq" mövzusunda keçirilən I Beynalxalq Elmi Seminarda da iştirak etmişdir.
Əmək fəaliyyəti
Rasim Məmmədov BDU-nun Fizika fakültəsinin "Optika və molekulyar fizika kafedrası"nda 1980–1985-ci illərdə müəllim, 1985–1990-cı illərdə baş müəllim, 1990–2005-ci illərdə dosent vəzifəsində çalışmışdır. 2005-ci ildən hazıra qədər isə professor vəzifəsində çalışır.
1999–2004-cü illərdə BDU-nun Fizika fakültəsində dekan müavini, 2004-cü ildən isə dekan işləyir.
Beynalxalq Layihə: "Real silisium Şottki diodlarının əlavə elektrik sahəsinin onların yararlığına, stabilliyinə və dözümlüyünə təsiri" – İnkişaf edən Ölkələr üçün Elmlər Akademiyasının Qrantı (TWAS — 2008) Respublika Layihəsi: "Əlavə elektrik sahəli metal-yarımkeçirici kontaktlarda elektron hadisələri və onlar əsasında yaradılan nanoquruluşlu diodların özəllikləri" — Azərbaycan Respublikası Elm Fondu (AMEA −2008).
Kitabları
- "Maye və qazların daxili sürtünmə əmcalının təyininə aid metodik gostəriş". Bakı, 1988, 22 s.
- "Mayelərdə səthi gərilmə əmsalının təyini". Bakı, 1992, 32 s.
- "Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar". Bakı, BDU, 2003, 231 s.
- "Mayelərdə səthi gərilmə və daxili sürtünmə hadisələri". Bakı, 2007, 74 s.
Mühüm nailiyyətləri
"Səthi potensial çəpərli kontakt hadisələri", "Əlavə elektrik sahəli real metal-yarımkeçirici makro-, mikro- və nanokontaktlar fizikası" onun əsas tədqiqat apardığı sahələrdir.
Real (yəni, bircins və ya qeyri-bircins kontakt səthi məhdud olan) metal – yarımkeçirici kontaktlarda (MYK) kontakt səthinin həm qeyri-bircinsliyi, həm də onu əhatə edən metal və yarımkeçiricinin sərbəst səthləri ilə məhdudlanması hesabına yarımkeçiricinin kontaktaltı işlək hissəsində əlavə elektrik sahəsinin yaranma hadisəsini kəşf edib.
Düzləndirici və omik real MYK-ların faktiki işlək energetik modelləri və cərəyanaxma mexanizmləri, eyni zamanda MYK diodlarda ənənəvi vaxtından əvvəl elektrik deşilmənin yeni mexanizmini işləyib hazırlayıb.
Əks cərəyanı olmayan MYK diodu, nano-MYK əsaslı günəş elementi və onların hazırlanma üsullarının ixtiralarına patentlər alıb.
Yarımkeçiricilər fizikası və elektronikası sahəsində "Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikası" adli yeni elmi istiqamət açılıb və bu sahəyə aid rus dilində "Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar, (Bakı, BDU, 2003, 231 s.)" adlı analoqu olmayan ilk monoqrafiya yazıb.
İlk dəfə olaraq hələ 1980-ci illərdə real MYK-ların bir-biri ilə elektriki qarşılıqlı təsirdə olan nano- və mikrokontaktlar toplusundan ibarət olması aşkar edilib, nano- və mikrostrukturların xassələrinin analoji makrostrukturların xassələrindən kəskin fərqləndiyi nəzəri və təcrübi olaraq müəyən edilib və bu fərqin yaranmasının fiziki əsasları işlənib hazırlayıb.
Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikasına aid "Emissiya qeyri-bircinsliyinin metal – silisium kontaktlarının elektrofiziki xassələrinə təsiri" mövzusunda namizədlik və "Real metal – yarımkeçirici kontaktlarının elektrofiziki xassələri" mövzusunda doktorluq dissertasiyaları yazıb və müvəffəqiyyətlə müdafiə edib.
Seçilmiş əsərləri
- Р.К.МАМЕДОВ. Двухбарьерная физическая модель реальных контактов металл-полупроводник. Fizika – riyaziyyat elmləri seriyası 2001, № 2, s.84–94
- Məmmədov R. Q. Şottki diodlarında cərəyan axınının temperatur asılılığı. Tətbiqi fizika, 2003, № 1, s.158–165
- Məmmədov R. Q. Periferiya effektləri olmadıqda Şottki diodlarında cərəyan axınının temperatur asılılığı. Tətbiqi fizika, 2003, № 3, s.103–109
- Məmmədov R. Q. Şottki diodlarının kontakt periferiyasında cərəyan axınının temperatur asılılığı. Tətbiqi fizika, 2003, № 4, s.126–132
- Məmmədov R. Q. Böyük əks gərginliklərdə Şottki diodlarında cərəyan axınının temperatur asılılığı. Tətbiqi fizika, 2003, № 5, s.123–129
- Məmmədov R. Q. Şottki diodlarında cərəyan axınının yarımkeçirici aşqarlarının konsentrasiyasından asılılığı. Tətbiqi fizika, 2003, № 6, s.134–140
- Məmmədov R. Q. Əlavə elektrik sahəli Şottki diodlarının fotoelektrik xassələri. Tezis; Fotoelektronika və gecə görmə cihazları üzrə XIХ Beynalxalq Elmi – Texniki Konfrans, Moskva, Rusiya, 2004, s.142
- Məmmədov R. Q. Əlavə elektrik sahəli düzləndirici Şottki diodları."Enerji işləmələrinin texniki və fiziki problemləri" II Beynalxalq Konfransın Materialları, Təbriz, İran, 2004, s.425–427
- Məmmədov R. Q. Şottki diodunun kontakt səthinin fəal hissəsinin həndəsi və elektrofiziki parametrləri. "Bərk cisimlər elektronikasının və mikroelektronikanın aktual problemləri" IX Beynalxalq Elmi – Texniki Konfransın Materialları, Taqanroq, Rusiya, 2004, s.134–137
- Məmmədov R. Q. Metal – yarımkeçirici real mikro- və nanokontaktların elektrofiziki xassələri.
- Məmmədov R. Q. Metalın yarımkeçirici ilə mikro- və nanokontaktlarının düzləndirmə xassələri. "Opto-, nanoelektronika, nanotexnologiya və mikrosxemlər" VIII Beynalxalq Konfransın
Materialları, Ulyanovsk, Rusiya, 2006, s.214
- Məmmədov R. Q. Metal – yarımkeçirici mikro- və nanokontaktları əsasında günəş elementləri. "Bərk cisimlər elektronikasının və mikroelektronikanın aktual problemləri" IX Beynalxalq Elmi – Texniki Konfransın Materialları, Taqanroq, Rusiya, 2006, s.186–189
- Məmmədov R. Q. Metal-dielectric-metal strukturlarında cərəyan axınının bəzi xüsusiyyətləri."Enerji işləmələrinin texniki və fiziki problemləri" III Beynalxalq Konfransın Materialları, Türkiyə, 2006, s. 543–547
- Məmmədov R. Q. Metal – yarımkeçirici nanokontaktlar əsaslı günəş elementlərinin yeni prinsiplə konstruksiyası. "Opto-, nanoelektronika, nanotexnoloğiya və mikrosxemlər" IХ Beynalxalq Konfransın Materialları, Ulyanovsk, Rusiya, 2007, s.87
- Məmmədov R. Q. Nanocontacts metal – semiconductor. Proceedings I International Scientific Seminar "Light in Nano-Size Solids", Baku, 2005, p. 63–66
- Məmmədov R. Q. Kontakt səthi məhdud olan bircins metal-yarımkeçirici kontaktlarda potensial çəpərin yaranması. AMEA, Fizika, 2007, c.ХIII, № 4, s.192–195
- Məmmədov R. Q. Real metal-yarımkeçirici kontaktlar qarşılıqlı təsirdə olan nanokontaktlar toplusu kimi. АМЕА, Fizika, 2007, c.ХIII, № 1–2, s.331–333
- Kələndarah Y. A., Muradov M. B., Məmmədov R. Q., Khodayari A. Növbəli laylı ion adsorbsiyası və reaksiyası üsulu ilə polimer matrisdə formalaşmış CdS nanokristalının bəzi fiziki xassələrinin tədqiqi və böyümə prosesi. Kristal göyərdilməsi Jurnalı, 2007, № 305, s.175–180
- Kələndarah Y. A., Behboudnia M., Xodayari A., Muradov M. B., Mamedov R. Q. Ultrasəs şüalandırma üsulu ilə sintez olunmuş CdS nanohissəciklərin quruluş, kompozisiya və optic xarakteristikaları. Optoelektronika və mühüm materiallar – Sürətli Kommunikasiya Jurnalı, 2008, c.2, № 1, s.42–45
- Məmmədov R. Q. Metal – yarımkeçirici mikro- və nanokontaktların unikal xassələri. Fotoelektronika və gecə görmə cihazları üzrə XIХ Beynalxalq Elmi – Texniki Konfransın Materialları. Moskva, Rusiya, 2008, s.198
- Mamedov R. Q. Real Şottki diodlarının vaxtındanəvvəl elektrik deşilməsi. "Enerji işləmələrinin texniki və fiziki problemləri" IV Beynalxalq Konfransın Materialları, Pitesti, Ruminya, 2008, s.(IV)25–27
- Məmmədov R. Q. Metal – yarımkeçirici real makro-, mikro- və nanokontaktlarda elektron proseslərində əlavə elektrik sahəsinin fəal rolu. "Fizikanın Aktual Problemləri" V Respublika Elm Konfransının Materialları, Baki, Azərbajcan, 2008, s.3–5
- Məmmədov R. Q. Nəzəri omik, lakin praktiki düzləndirici olan metal – yarımkeçirici kontakt. "Opto-, nanoelektronika, nanotexnoloğiya və mikrosxemlər" Х Beynalxalq Konfransın Materialları, Ulyanovsk, Rusiya, 2008, s.198
- Kələndarah Y. A., Muradov M. B., Məmmədov R. Q., Xodayari A., G. M. Eyvazova PVA-CdSe nanohissəciklərin ultrasəs dalğalarının təsiri altında formalaşması. Fizika Jurnalı , Cild XIV, 2008, s.41–43
- Kələndarah Y. A., Muradov M. B., Məmmədov R. Q., Xodayari A. CdS nanokristalların ultrasəs şüalarında formalaşması. "Funksional Materiallar and Cihazlar" II Beynalxalq Konfransın Materialları, Malazia, 2008, s. A-307
- Məmmədov R. Q., Kələndarah Y. A., Muradov M. B., Hasanov U. R. Səskimyəvi hazırlanmış CdSe/ PVA nanocompozidlərin electrofiziki xassələri. "Nanoelm və Nanotexnoloğiya" II Beynalxalq Konfransın Materialları, Təbriz, Iran, 2008, s. 91–92
- Kələndarah Y. A., Məmmədov R. Q., Muradov M. B., M. Behboudnia, A. Khodayari . CdS nanokristalların ultrasəs dalğalarının təsiri altında formalaşması. "Supramolecul və Nanokimya tətbiqlərə doğru" I Beynalxalq Simpoziumun Materialları, Xarkov, Ukrayna, 2008, s.3–7 CdS nanokristalların ultrasəs dalğalarının təsiri altında formalaşması. "Supramolecul və Nanokimya tətbiqlərə doğru" I Beynalxalq Simpoziumun Materialları, Xarkov, Ukrayna, 2008, s..3–7
- Kələndarah Y. A., Məmmədov R. Q., Muradov M. B., Eyvazova G. M. Növbəli laylı ion adsorbsiyası və reaksiyası üsulu ilə polimer matrisdə CdS nanokristalının formalaşması və tədqiqi. Bakı Universitetinin xəbərləri, fizika-riyaziyyat seriyası, 2008, № 3, s.132–136
- Kələndarah Y. A., Muradov M. B., Məmmədov R. Q. Növbəli laylı ion adsorbsiyası və reaksiyası üsulu ilə alinmış CdS nanokristallarında kvant ölçü effekti. "Kristallaşma mexanizmi və kinetikası. Nanotexnologiya üçün kristallaşma" V Beynalxalq Elmi Konfransının Materialları, İvanov, Rusiya, 2008, s.47
- R. Q. Məmmədov Radiasiyanın düzləndirici real metal – yarımkeçirici kontaktların elektrofiziki xassələrinə təsiri. Radiasiya Problemləri Beynalxalq Konfrans, Bakı, 2008, s.45–46