Rasim Müzəffərli
Rasim Müzəffərli (Rasim Müzəffər oğlu İmanov) — Azərbaycanlı filosof, bəstəkar-şair və naşir.
Rasim Müzəffərli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Rasim Müzəffər oğlu İmanov |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, şair, filosof, naşir |
Janr | muğam-rok |
Musiqi alətləri | piano, gitara, tar |
Mükafatları | Pro Cultura Hungarica - 2018 |
1958-ci il 21 iyunda Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədidir (1984). Öz dövründə ictimai elmlər sahəsində Azərbaycanda ən gənc dosent (1985) olmuşdur.
Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyinin yaradıcısı və rəhbəri olmuşdur. Keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olmuşdur. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun (1981-1990) yaradıcısı və rəhbəridir.
Ümumi tirajı 5 milyon nüsxədən çox olan 1000-dən çox adda kitabın naşiridir. "Şərq-Qərb" Nəşriyyat Evinin qurucusu və rəhbəri (2010-2016) olmuşdur. 2017-ci ildən "1001 kitab" və "Quran nəşrləri" nəşriyyatlarının rəhbəridir.
2018-ci ildə Rasim Müzəffərliyə Macarıstan hökumətinin Pro Cultura Hungarica mükafatı təqdim olunmuşdur. Rasim Müzəffərli bu yüksək mükafata layiq görülən ilk azərbaycanlıdır. Keçmiş SSRİ məkanında bu mükafatı ondan əvvəl 2010-cu ildə akademik Yefim Pivovarov Пивовар, Ефим Иосифович (Rusiya) və 2005-ci ildə yazıçı Çingiz Aytmatov Chinghiz Aitmatov (Qırğızıstan) almışlar. Pro Cultura Hungarica mükafatı dünyada macar mədəniyyətinin tanınmasında göstərilən xidmətlərə görə xarici elm və mədəniyyət xadimlərinə təqdim olunur.
Bəstələri
- “Rekviem” - Milli Qəhrəman Çingiz Mustafayevə ithaf (ifaçı: Rasim Müzəffərli, Axmedovski Trio və başqaları)
- "Neylərəm" (ifaçılar: Rasim Müzəffərli, Ədalət Şükürov, Araz N. İmanov və başqaları)
- “Ey sən” (ifaçı: Rasim Müzəffərli)
- “Karvanım” (ifaçı: Rasim Müzəffərli)
- “Neçə” (ifaçı: Rasim Müzəffərli)
- "Qoşa suallar" (ifaçı: Rasim Müzəffərli)
- “Dünənki keçdi” (ifaçılar: Milli Qəhrəman Çingiz Mustafayev və “OZAN” qrupu)
- “İnsan və avtomat” (ifaçı: “OZAN” qrupu)
- “Bayatılar” (ifaçı: “OZAN” qrupu)
- “Dözə bilmirəm” (ifaçı: “OZAN” qrupu)
- "Gəz" (ifaçılar: "Dağ çiçəyi" ansamblı, "Xürrəmilər" rok qrupu, “OZAN” qrupu)
- “Böl görüm” (ifaçı: “OZAN” qrupu)
- “Nigaran suallar” (ifaçı: “OZAN” qrupu)
- “Alatoranlıq” (ifaçı: “OZAN” qrupu)
- “Unutmaq istərəm” (ifaçılar: “OZAN” qrupu, Araz N. İmanov)
- “Bahar gəlsin” (ifaçı: “OZAN” qrupu)
- "Kimsən, Robot?" (ifaçı: “OZAN” qrupu)
- "Təbrizim" (ifaçı: “OZAN” qrupu)
- “Ağ yasəmən” (ifaçılar: “OZAN” qrupu, Flora Kərimova)
- “Gerçəklərim yalan oldu” (ifaçılar: “OZAN” qrupu, Bəsti Bəkirova, Şəbnəm Tapdıq və başqaları)
- “Sən bizə qonaq gələndə” (ifaçılar: “RAST” və “Qaya” qrupları, Mübariz Tağızadə, Elnur Hüseynov, Emil Əliyev və başqaları)
- “Üzü küləyə” (ifaçılar: Rasim Müzəffərli və Gündüz Bakılı)
- “Pəncərə” (ifaçılar: Rasim Müzəffərli, “Dəyirman” qrupu, Faiq Ağayev, Araz N. İmanov və başqaları)
- “Oyun bitdı” - Anar Məmmədxanova ithaf (ifaçılar: Rasim Müzəffərli, Araz N. İmanov)
- "Batmış gəminin mahnısı" (ifaçılar: Rasim Müzəffərli, Araz N. İmanov və başqaları)
- "Səslə" (ifaçılar: Rasim Müzəffərli, Rəfiqə Məmmədova, Nərgiz Müzəffərli)
- "Yandım" (ifaçı: Rasim Müzəffərli, Araz N. İmanov)
Tərcümələri
- İmre Madaç. İnsanın faciəsi / Rasim Müzəffərlinin tərcüməsində. Birinci nəşr – Bakı, 1001 Kitab® nəşriyyatı, 2017 – 208 səhifə
- Mikloş Radnoti. Bir dəli yağış / Rasim Müzəffərli və Davud Nəsibin tərcüməsində – Bakı, 1001 Kitab® nəşriyyatı, 2018 – 112 səhifə
- Şandor Petöfi. Azadlıq və sevgi / Seçilmiş şeirlər və poemadan parça - Birinci nəşr, Bakı, 2023 - 160 səhifə