Rasim Cəfərov
Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016).[1]
Rasim Cəfərov | |
---|---|
Rasim Valeh oğlu Cəfərov | |
Doğum adı | Rasim Valeh oğlu Cəfərov |
Digər adı | Rasim Cəfər |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Valeh Cəfərov |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1996-cı ildən |
Təhsili | |
İstiqamət | Serial |
Mükafatları | |
IMDb | ID4518488 |
Həyatı
Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000).
1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub.[2] Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur.[3]
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[4]
Teatr səhnəsindəki rolları
Azərbaycan Dövlət Pantomim Teatrı
- "Şəngülüm, Şüngülüm, Məngülüm"
- "Şərqə səyahət"
- "Pantomim buketi"
- "Zibillik pərvanələri"
- "Eşq"
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
- "Pəri-Cadu" — Təlxək əcinnə
- "Çəkməli pişik"
- "Tıq-tıq xanım" — Siçan bəy, keçi
- "Şelkunçik"
- "Pələng ili" — Ağa
- "Oliver Tvistin macəraları"
- "Məhv olmuş gündəliklər" — Qənimət
- "Mən gəldim, qızlar" ("Müharibə") — əmi
- "Yalqız qərb" — Balin qerbor
Filmoqrafiya
- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Epizod (film, 2002)
- Manqurt (film, 2003)
- Oyun (film, 2003)
- Ana qaz (film, 2005)
- Üç qız (film, 2005) (tammetrajlı bədii film)
- Ev (film, 2007)
- Qala (film, 2008)
- Yalançılar (film, 2008)
- Ölüm növbəsi (film, 2009)
- Teatral həyat (film, 2009)
- Podpiska o neviezde (2009)
- Kuklalar (film, 2009)
- Sahə (film, 2010)
- Əzizim Fellini (film, 2010)
- Səhərə inan... (film, 2011)
- Tabutçunun yelləncəyi (film, 2012)
- Sirr (serial, 2012)
- Döngələr (teleserial, 2012)
- Çaqqal nəfəsi (film, 2013)
- Ayrı (Torn) (film, 2014)
- Arzuların ardınca... (film, 2015)
- Əli və Nino (film, 2015)
- Lotereya bileti (film, 2015) (qısametrajlı bədii film)
- Oğurlanmış arzular (film, 2015)
- Skripkaçı (film, 2015)
- Tələs ömrümə (film, 2015)
- Xeyirlə şərin rəqsi (film, 2015)
- Ayaqqabı əməliyyatı (film, 2016)
- Qara bağ (film, 2016)
- Məryəm (teleserial, 2016)
- Sənin deyil (serial, 2016)
- Ata ocağı (film, 2017) (bədii serial)
- Üçüncü günün adamı (film, 2017)
- Qaragöz (film, 2018)
- 3 rəng (video)
- Jurnalist (Rusiya)
- Rusca tərcümə (Rusiya)
- Əlvida, Şmidt! (film, 2019)
- Olimpia (film, 2021)
- Mən burdayam, İlahi!
- Suğra və oğulları (film, 2021)
İstinadlar
- Cəfər, R. "Vallah, biz Kanna düşə bilərik": Aktyor Rasim Cəfərin festival təəssüratları: ["Kulis-Az-a" verdiyi müsahibəsindən] //Ekspress.- 2014.- 28 – 29 may.- S.15.
- "Gəlin, danışaq Rasim Cəfər". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- Cəfərov R. Rasim Cəfərov: Çalışıram hər filmə çəkilməyim: [Yuğ teatrının aktyoru ilə müsahibə] //Xalq cəbhəsi.- 2011.- 1 fevral.- S. 14.
- President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.