Rasim Əliquliyev

Rasim Məhəmməd oğlu Əliquliyev (20 yanvar 1958, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.

Rasim Əliquliyev
Doğum tarixi 20 yanvar 1958(1958-01-20) (66 yaş)
Doğum yeri
Elm sahələri informasiya texnologiyaları, süni intellekt, İnformasiya təhlükəsizliyi
Elmi dərəcəsi
Elmi adı
İş yerləri AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatı,[1] İnformasiya Texnologiyaları İnstitutu.
Təhsili
Üzvlüyü
Mükafatları "Tərəqqi" medalı  — 2009, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

  • Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur.
  • 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Elektron hesablayıcı maşınları” ixtisası üzrə bitirmişdir.
  • 1983–1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) "avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə aspiranturada təhsil аlmışdır.
  • 1979–1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmışdır.
  • 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) Şöbəsinə köçürülmüşdür.
  • 1986-1997-ci illərdə AEA AİS Şöbəsində (1997-ci ildə AİS Şöbəsinin bazasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi – İTEM təşkil olunmuşdur) böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, 1997-ci ildən İTEM-in baş mühəndisi-direktor müavini vəzifələrində işləmişdir.
  • 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun (institut 2002-ci ildə İTEM-in bazasında yaradılmışdır) direktorudur.
  • 2013-2019-cu illərdə AMEA-nın akademik-katibi işləmişdir.
  • 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.[2]
  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[3].

Ailəlidir: 1 qızı və 1 oğlu var.

Elmi fəaliyyəti

  • 2007-ci ildə "İnformatika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2014-cü ildə "İnformatika" ixtisası üzrə AMEA-nın həqiqi üzvü (akademik) seçilmişdir.
  • Rəhbərliyi altında 4 elmlər doktoru, 34 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 11 elmlər doktoru, 5 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi məsləhətçisi və rəhbəridir.
  • 2021-2023-сü [4], [5], [6] illərdə ABŞ-nin Stenford Universiteti və Niderlandın “Elsevier” nəşriyyatı tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% alimlərinin reytinq qiymətləndirmə siyahısına seçilib.

Elmi ekspertiza fəaliyyəti

  • Jurnalların redaksiya heyətində üzvlük:

  – Applied and Computational Mathematics[7]
  – CAAI Transactions on Intelligence Technology[8]
  – Телекоммуникации[9]
  – Безопасность цифровых технологий[10]
  – Problems of Information Technology[11]
  – Problems of Information Society [12]

  • İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının sədridir.
  • Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının sədridir.

Elmi-təşkilati fəaliyyəti

  • Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) Baş Assambleyasında Azərbaycanın nümayəndəsidir.
  • Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı (EaPConnect) proqramının EU4Digital layihəsində Azərbaycanın nümayəndəsidir.
  • Horizon Europe GN5-1 layihəsində Azərbaycanın nümayəndəsidir.

İctimai-siyasi fəaliyyəti

  • Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvüdür.
  • Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür.
  • Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvüdür.
  • Yeni Azərbaycan Partiyasının üzvüdür.

Elmi əsərləri və istinadlar

İstinadlar

  1. "Rəyasət Heyəti Mərkəzi Aparatı, Əliquliyev Rasim Məhəmməd oğlu". 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  2. "Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  3. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə təltif olunanlar". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  4. "World's Top 2% Scientists by Stanford University in 2021". 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  5. ""World's Top 2% Scientists by Stanford University in 2022"". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  6. ""World's Top 2% Scientists by Stanford University in 2023"". 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  7. "Applied and Computational Mathematics An International Journal". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  8. "IET Digital Library". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  9. "Издательство "Наука и Технологии"". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  10. "Безопасность цифровых технологий". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  11. "İnformasiya Texnologiyaları Problemləri". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  12. "İnformasiya Cəmiyyəti Problemləri". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  13. "Google Scholar". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  14. Alguliyev, Rasim M.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.