Rasim Şərifov

Rasim Cəfər oğlu Şərifov (10 noyabr 1955, Hacıhətəmli, İsmayıllı rayonu12 yanvar 2018) — İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı (1992[1]-1993[2])

Rasim Şərifov
bayraq
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 may 1992 20 avqust 1993
ƏvvəlkiMəhəmmədəli Süleymanov[1]
SonrakıVaqif Rəhimov[2]
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1955(1955-11-10)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 2018(2018-01-12) (62 yaşında)

Həyatı

Əslən haputlu olan Rasim Şərifov 1955-ci il noyabrın 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.

1973-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə, 1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

İlk əmək fəaliyyətinə doğma kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1980–1984-cü illərdə həmin kənddəki Kuybışev adına sovxoz komsomol komitəsinin katibi seçilib. İşgüzarlığı, gənclərlə işləmək qabiliyyətini nəzərə alaraq ona etimad göstərilmiş, 1984-cü ilin may ayında İsmayıllı rayon komsomol komitəsinin ikinci katibi seçilmişdir. 1986-cı ildə o, rayon partiya komitəsinin təşkilat komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. 1988-ci ilin avqust ayında Hacıhətəmli kənd orta məktəbinin direktoru təyin edilmişdir.

Rasim Şərifov smayıllı rayon Xalq Cəbhəsinin rəhbəri kimi olmuşdur.

Rasim Şərifov 27 may 1992-ci ildə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş[1], 20 avqust 1993-cü ildə isə həmin vəzifədən azad edilmişdir[2].

1993–1998-ci illərdə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 1998-ci ilin mart ayından "Olaylar" ekoloji araşdırmalar mərkəzinin direktoru, 2004-cü ildən "Ulu Xudafərin" jurnalının baş redaktoru işləmişdir. Milli Vəhdət Partiyasının üzvü, partiyanın icra aparatının rəhbəri olmuşdur. 1995, 2000 və 2005-ci illərdə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olmuşdur.

Rasim Şərifov uzun sürən xəstəlikdən sonra 12 yanvar 2018-ci ildə vəfat etmişdir[3].

Ailəsi

Ailəlidir, 3 övladı var. Övladları ali təhsil almışdır.

İstinadlar

  1. "Şərifovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və M. B. Süleymanovun həmin vəzifədən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 may 1992-ci il tarixli, 791 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  2. "V. N. Rəhimovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və R. C. Şərifovun həmin vəzifədən azad edilməsi haqqında" Arxivləşdirilib 2018-08-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1993-cü il tarixli, 727 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  3. İsmayıllının sabiq icra başçısı vəfat edib. report.az, 12.01.2018  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.