Rasim İsmayılov (jurnalist)
Rasim İsmayılov (tam adı:İsmayılov Rasim Mustafa oğlu;7 fevral 1973) tv jurnalisti, redaktor, ssenarist — Azərbaycan Respublikası əməkdar jurnalisti
Rasim İsmayılov | |
---|---|
Doğum tarixi | 7 fevral 1973 (51 yaş) |
Təhsili | |
Fəaliyyəti | jurnalist, redaktor, ssenarist |
Mükafatları |
Həyatı və təhsili
İsmayılov Rasim Mustafa oğlu 7 fevral 1973-cü ildə anadan olmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Univeristetinin jurnalistika fakültəsində televiziya jurnalistikası ixtisası üzrə təhsil almışdır. 1996-1999-ci illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunun aspiranturasında oxuyub.
Fəaliyyəti
Mətbuat fəaliyyəti
Junrnalistlik fəaliyyətinə 1990-cı ildə "7 gün" qəzetində müxbir kimi başlamışdır. 1994-1995-cı illərdə ilk canlı yayım tok-şousu olan (AzTV) "3 nöqtə" proqramının aparıcısı olmuşdur. Uzun illər Azərbaycanın müxtəlif media orqanlarında işləmişdir. 2003-2022-ci illərdə Space TVdə şef redaktor, böyük redaktor, baş redaktor vəzifələrində işləyib. Hazırda İctimai Televiziyada şef redaktor vəzifəsində çalışır. "Şuşa, sən azadsan", "Görünməyən qəhrəmanlar - Dövlət Təhlükəsizliyi Xidməti" sənədli filmlərinin ssenaristi, "Görünməyən qəhrəmanlar - Həkimin gündəliyi (Hərbi həkimlər)" sənədli filminin, "Sarı gəlin" tarixi-sənədli filminin redaktorudur.
Təltif və mükafatları
6 noyabr 2019-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən Əməkdar jurnalist adına layiq görülmüşdür.[1]
İstinadlar
- "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.