Raps

Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü.

Raps
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Malvids
Cins:
Növ:
Raps
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  23060
NCBI  3708
EOL  583918

Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb.

Əhəmiyyəti

Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur. Yazlıq rapsın jmıxının tərkibində çoxlu (38-40%-ə qədər) amin turşuları ilə balanslaşdırılmış şəkildə zülal vardır. Tərkibində lizinin miqdarı 6,1%-ə çatır, lakin onun yemlik dəyəri aşağıdır. Tərkibində 6%-ə qədər zərərli qlükozidlər vardır ki, bu da ona acı dad verir. Bu qlükozidlər qalxanvarı vəzin fəaliyyətinə (xüsusən donuzlardaquşlarda) əks təsir göstərir. Ona görə də onunla qidalandırma kiçik dozalarda və xüsusi işlənmələrdən sonra aparılmalıdır. Tərkibində eruk turşuları və qlükozidlər az olan sortları heyvan orqanizminə əks təsir göstərmir. Yazlıq rapsın yaşıl kütləsi yem məqsədi ilə geniş istifadə olunur. Onun tərkibində 4,9-5,1 % zülal vardır ki, bu da qarğıdalı və günəbaxanın yaşıl kütləsində olduğundan 2 dəfə çoxdur. Yazlıq raps yaxşı bal verən bitkidir.

Tarixi, becərilmə rayonları və məhsuldarlığı

Yazlıq rapsın vətəni Avropa hesab edilir. Kanadada, Çində, Hindistanda, Pakistanda geniş becərilir və payızlıq rapsdan çox yer tutur. Rusiyada yazlıq raps əkinləri 100 min hektara yaxındır. O mərkəzi qaratorpaq zonada, Volqaboyunda, Tatarıstanda, Başqırdıstanda və Qərbi və Şərqi Sibirdə becərilir. Məhsuldarlığı payızlıq rapsa nis-bətən aşağıdır. Hektardan orta hesabla 1,1–1,8 ton toxum, 25–40 ton (bəzən 57,5 ton) yaşıl kütlə verir.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 666.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.