Rapanuilər

RapanuilərPasxa adasında yaşayan yerli xalq. Polineziya mədəniyyətinin ən şərqdə yerləşən nümayəndələri olan rapanuilərin 60%-ə yaxını Pasxa adasında, qalan hissəsi isə Çilinin materikdə yerləşən hissəsində məskunlaşmışdır. Yerlilər ana dilləri ilə yanaşı, Çili İspan dilində də danışa bilirlər. 2002-ci ildə aparılan siyahıya almaya görə 3304 nəfər rapanuili Pasxa adasının Hanqa Roa kəndində yaşayır. Rapanuilərin əsas gəlir mənbəyi adada yerləşən moai adlanan heykəllərə görə adaya gələn turistlərdən əldə olunan vəsaitdir.

Rapanuilər
Ümumi sayı
5682
Yaşadığı ərazilər
Pasxa adası
Dili

rapanui dili, Çili İspan dili

Dini

Roma-Katolik kilsəsi

Rapanui fəalları öz müqəddəratlarını təyin etmə və adaya sahib olmaq haqları üçün mübarizə aparırlar.[1] 2010-2011-ci illərdə Pasxa adasında dəniz parkının yaradılmasına etiraz edən rapanui fəalları ilə Çili polisi arasında toqquşmalar yaşanmışdır.[2][3][4]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "The Situation of the Indigenous People of Rapa Nui and International Law: Reflections on Indigenous Peoples and the Ethics of Remediation" Arxivləşdirilib 2021-02-20 at the Wayback Machine. Santa Clara Law Digital Commons.
  2. "Marine park divides Easter Island's indigenous Rapa Nui" Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine. Al Jazeera.
  3. "Rapanui: International Community Steps In To Stop Violence Against The Rapa Nui Nation". Indigenous Peoples Issues and Resources. February 8, 2011. Archived from the original on October 29, 2013.
  4. Reiny, Samson Kaala (December 23, 2010). "L.A. rally to draw attention to violent Rapa Nui evictions". The Hawaii Independent. Archived from the original on December 26, 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.