Rani Mukerci

Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb.

Rani Mukerci
benq. রাণী মুখার্জী
Doğum tarixi
Doğum yeri Kəlkütə, Hindistan Hindistan
Milliyyəti benqal
Vətəndaşlığı
Həyat yoldaşı Aditya Çopra (2014)
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1996-cı ildən
Boyu 1,6 m
Çəkisi 58 kq[1]
IMDb ID0611552
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib.

Həyatı

Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.

Rani, Maneckjee Cooper orta məktəbini bitirmişdir. Tezliklə o, Mumbayın kino istehsalçılarından təkliflər almağa başlayır. O, Bollivuda gedir və nəticədə dünya kino sənayesinin ən yaxşı aktrisalarından birinə çevrilir.

Onun 1996-cı ildə çəkildiyi ilk film olan "Raja Ki Aayegi Baraat" o qədər uğur qazana bilmir. Rani Mukhercinin çəkildiyi "Həyatda hər şey olur" (1998) ekran əsəri onun böyük müvəffəqiyyət qazanmasına səbəb olur. O, bu filmdə Hindistan kinosunun əfsanəsi, aktyor Şahrux Xanla tərəf-müqabil olmuşdu.

Bu filmdən sonra Raniyə gələn kino təklifləri daha da artır. O, 2002-ci ildə "Sevgi anatomiyası" filminə çəkilir. 2004-cü il Rani üçün daha uğurlu gəlir. Hindistanın nəhəng kinokompaniyalarından olan "Yash Raj Films" Rani ilə əməkdaşlıq edir. Möhtəşəm kino nümunəsi olan "Vir və Zara" filmində (rejissor: Yaş Çopra) ifa etdiyi rol geniş tamaşaçı auditoriyasının rəğbətinə səbəb olur.

Aktrisa eyni zamanda estrada səhnəsində beynəlxalq turneydə də özünü sınamışdır. "Temptations-2004" turu Rani üçün ən uğurlu konsertlərdən biri olur. Rani həmin turneydə Şahrux Xan, Səif Əli Xan, Priti Zinta, Arcun Rampal, Priyanka Çopra kimi nüfuzlu aktyorlarla birgə iştirak etmişdir.

Rani Mukherci 3 dəfə (2005-ci ildən 2007-ci ilə qədər) "Bollivudun ən yaxşı aktrisaları" siyahısına başçılıq etmişdir.

2006-cı ilin fevralında "Filmfare" jurnalı "Bollivudun 10 böyük ismi" siyahısında onu səkkizinci, 2007-ci ildə isə 5-ci yerə layiq görmüşdür.

Maraqlı faktlar

Filmoqrafiya

İl Film Filmin orijinal adı Rolu Qeydlər
1996Güllər (film, 1996)Biyer PhoolRimi
1997Mənim kralım gələcəkdir (film, 1997)Raja Ki Aayegi BaraatMala
1998Əsir (film, 1998)GhulamAlişa
1998Nə isə baş verirKuch Kuch Hota HaiTina MalhotraFilmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
1998Xına (film, 1998)Mehndi Puca
1999Dəyər (film, 1998)Mann"Kaali Naagin Ke" musiqisi üçündəvət olunub
1999Salam qardaş (film, 1999)Hello BrotherRani
2000Duman (film, 2000)BadalRani
2000Oh Tanrım (film, 2000)Hey RamAparna Ram
2000Hadh Kar Di AapneAnceli Xanna
2000Əqrəb (film, 2000)BichhooKiran Bali
2000Hər bir sevən ürək (film, 2000)Har Dil Jo Pyar KaregaPuca OberoyNominasiya - Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2000Bu sevgi deyil umiddir (film, 2000)Kahin Pyaar Na Ho JaayePriya Şarma
2001Yad uşaq (film, 2001)Chori Chori Chupke ChupkePriya Malhotra
2001Bas Itna Sa Khwaab HaiPooja Shrivastav
2001Nayak: The Real HeroManjari
2001Kabhi Khushi Kabhie Gham...Naina KapoorCameo
2002Pyaar Diwana Hota HaiPayal Khuranna
2002Mujhse Dosti Karoge!Pooja Sahani
2002SaathiyaDr. Suhani Sharma/SehgalFilmfare Critics Award for Best Actress
Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2002Chalo Ishq LadaayeSapna
2003Məhəbbət yolları ilə (film, 2003)Chalte ChaltePriya ChopraNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2003Chori ChoriKhushi Malhotra
2003Calcutta MailReema/Bulbul
2003Sabah açılacaq, yoxsa yox?Kal Ho Naa Ho"Mahi Ve" musiqisi üçün dəvət olunub
2003LOC KargilHema
2004YuvaSashi BiswasFilmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2004Hum TumRhea PrakashFilmfare Ən Yaxşı Aktrisa
2004Vir və Zara: Məhəbbət əhvalatıVeer-ZaaraSəmiyə SiddiquNominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2005BlackMichelle McNallyFilmfare Award for Best Actress
Filmfare Critics Award for Best Actress
2005Bunty Aur BabliVimmi Saluja (Babli)Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2005PaheliLachchi
2005Mangal Pandey: The RisingHeera
2006Kabhi Alvida Naa KehnaMaya TalwarNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2006BaabulMalvika "Milli" Talwar/Kapoor
2007Ta Ra Rum PumRadhika Shekar Rai
Banerjee (Shona)
2007Laaga Chunari Mein DaagVibhavari Sahay (Badki)/
Natasha
Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2007SaawariyaGulabjiNominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2007Om Şanti OmOm Shanti OmÖzü"Deewangi Deewangi" musiqisi üçün dəvət olunub
2008Thoda Pyaar Thoda MagicGeeta
2008Bu cütlüyü Tanrı yaradıb (film, 2008)Rab Ne Bana Di Jodi"Phir Milenge Chalte Chalte" musiqisi üçün dəvət olunub
2009Luck by ChanceHerself
2009Dil Bole Hadippa!Veera Kaur/Veer Pratap Singh
2011No One Killed JessicaMeera GaityFilmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2012AiyyaaMeenakshi Deshpande
2012TalaashRoshni Shekhawat
2013Bombay TalkiesGayatari
2014MardaaniShivani Shivaji Roy

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.