Rangiroa

Rangiroa (fr. Rangiroa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Papeete şəhərindən 355 km aralıda yerləşir.

Rangiroa adası
fr. Rangiroa
Ümumi məlumatlar
Sahəsi 79 km²
Hündür nöqtəsi 12 m
Əhalisi 2.438 nəfər (2007-ci il)
Yerləşməsi
15°07′ c. e. 147°38′ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Rangiroa adası xəritədə
Rangiroa adası
Rangiroa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya

Atollun sahəsi 79 km²-dir. Hündürlüyü 12 metrdir. Ümumilikdə 415 kiçik adacıqdan ibarətdir. Daxilində laqun vardır. Laqunun sahəsi 1446 km²-dir. Laqunun uzunluğu 80 km, eni isə 32 – 5 km arasında.

Tarixi

Rangiroa hələ X əsrdən məskunlaşılmışdır. Bu gündə adada o dövrəı aid yaşayış məntəqələrinin qalıqları qalır. Təqribi olaraq 1560-ci ildə baş vermiş təbii fəlakət adanın qərbində böyük zərərə səbəb olur. XVII əsrdən 1770-ci illərə qədər adad inkişaf baş verir. Daha sonra Anaa atollu sakinləri ilə baş vermiş toqquşmalarda ada sakinləri ya öldürülür və ya əsr götürülür.

Rangiroa ilk dəfə 1616-ci ildə Villem Kornelis Shauten tərəfindən kəşf edilir. 1722-ci ildə isə ada yaxınlığından hollandiya səyyahı Yakob Roqqeven keçir. XIX əısrin ortalarından adada katolik misionerlər ayaq açır. 1865-ci ildə adada kokos palması əkilir. Bundan sonra bu sahə əhalinin əsas gəlir mənbəyinə çevilir. Son illər isə bu sahədə eniş müşahidə edilir. Balıqçılıq isə inkişaf edir. 1965-ci ildən adada turizmin inkişafı məqsədi ilə uçuş-eniş zolağı salınmışdır.

İnzibati bölgüsü

İnzibati baxımından Rangiroa, Tikehau, Mataiva, Makatea atolları birlikdə Rangiroa kommunasını əmələ gətirir. O da Tuatomu-Qambe inzibati bölgüsünə daxildir.

Ada / rifQuru sahəsi,
km²
Laqunun sahəsi,
km²
Əhali,
nəf. (2007)
İnzibati mərkəz
Rangiroa791 4462438Tiputa
Tikehau20400507Tuherahera
Mataiva1625204Papua
Makatea2461Moutu
Rangiroa kommunası1391 8713210Tiputa

Əhali

2007-ci il məlumatına görə adada 2438 nəfər yaşayır. TiputaAvatoru iri yaşayış məntəqələridir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.