Ramjet
Ramjet və ya soba borulu reaktiv mühərrik, hərəkətli hissələri olmayan reaktiv mühərrik növüdür. Yüksək sürətlərdə istifadə olunan sadə bir mühərrik növüdür. Bu üstünlüyü sayəsində raket sistemlərində istifadə edilmişdir.
Ramjet, irəli itələməli, sıxılmış hava qəbuledicili fırlanan kompressoru olmayan reaktiv mühərrik növüdür. Aşağı sürətdə itələmə qüvvəsi (impulslar) yaratmadığı üçün yerdə olan bir təyyarəni işə sala bilmir. Yüksək sürətli uçuşlar üçün uyğundur. Kompressor və ya turbin kimi hərəkətli hissələrə malik olmayan bir mühərrik növüdür. Ramjetlər işləmək üçün əvvəlcədən sürətə ehtiyac duyur və onlar səsdən yüksək sürətlərdə işə başlaya bilərlər (M>1). Bu tip mühərriklər 5 Mach sürətinə qədər işləyirlər. Daha yuxarı sürətlərə çıxmaq üçün Scramjet mühərrikləri tələb olunur. Yüksək sürət tələb edən sahələrdə istifadə olunur, silah istehsalçıları xarici qabıqlı ağır silahlara bir ramjet əlavə edərək silahın mənzilini artırdılar.
Tarix
René Lorin
Ramjet, 1913-cü ildə Fransada René Lorin tərəfindən icad edilmiş və patentləşdirilmiş bir cihazdır. Prototip inşası zamanı, uyğun olmayan materiallardan istifadə edildiyi üçün bu prototip gözlənilən nəticələri verə bilməmişdir.
Albert Fonó
1915-ci ildə macar ixtiraçısı Albert Fonó topların mənzilini artırmaq üçün bir yol tapdı. Başlatma mexanizminə bir ramjet qurğusu əlavə edərək, aşağı mənzilli top ağızına yüksək mənzil xüsusiyyəti, yüksək çəkili topu aşağı çəkili atıcıdan atmağa imkan vermişdir. Fonó icadını Avstriya-Macarıstan ordusuna təqdim etmiş, ancaq onun icadı rədd edilmişdir.
Almaniya
1936-cı ildə Hellmuth Walter qazla işləyən test mühərriki hazırladı. BMW və Junkers nəzəri işi davam etdirdilər. 1941-ci ildə Eugen Sänger çox yüksək temperaturda yanma kamerası olan ramjet mühərriki qurdu. Daha sonra Almaniyadakı müharibə dövründə, yanacaq çatışmazlığı başladı, sınaqlar sıxılmış kömür, toz blokları ilə davam etdirildi, nəticədə yanma azlığı nəticəsində testlər uğursuz oldu.
Üstünlükləri və çatışmazlıqları
- Üstünlükləri
- Aşağı çəki
- Kilo nisbətinə görə yüksək itələmə qüvvəsi
- Hərəkət edən hissələri yoxdur
- Mach 5.0-ə çata bilir.
- Çatışmazlıqları
Ramjet motorlu hava nəqliyyatı vasitələri
- Hiller YH-32 Hornet (ramjet motorlu helikopter)
- Lockheed D-21/M-21 (Lockheed D-21)
- Lockheed X-7
- Nord 1500 Griffon
- Republic XF-103
Ramjetdən istifadə edən döyüş raketləri
- Bomarc
- BrahMos
- MBDA Meteor
- Bristol Bloodhound
- Bendix RIM-8 Talos
- North American SM-64 Navaho
- P-270 Moskit
- Akash missile
- Sea Dart missile
- 2K11 Kruq