Ramiz Yediyarov
Ramiz Qəni oğlu Yediyarov (31 may 1966, Vedi rayonu, Ermənistan SSR) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2012–2018).[1][2]
Ramiz Yediyarov | |
---|---|
18 aprel 2012 – 1 iyun 2018 | |
Əvvəlki | Kamran Rzazadə |
Sonrakı | Qüdrət Paşayev (i.e.) İbrahim Mustafayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 may 1966 (57 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Ramiz Yediyarov 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. 1983-cü ildə Şəki şəhər orta məktəbini bitirib.
1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir. 1984–1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
Ailəlidir, 3 övladı vardır.
Fəaliyyəti
Əmək fəaliyyətinə 1990-cı ildə Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı kimi başlamış, 1995–1997-ci illərdə Şəki rayonu C.Cabbarlı adına kolxozda mühasib işləmişdir.
Ramiz Yediyarov 1997-ci ildən vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış, habelə 2008–2012-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi, Bakı şəhəri Vergilər Departamentinin rəis müavini və 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir.
2012–2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Təltifləri
- Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı ilə təltif edilmişdir.[3]
İstinadlar
- "R.Q.Yediyarovun Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 18 aprel 2012. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fev 2022.
- "R.Q.Yediyarovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 1 iyun 2018. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fev 2022.
- "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 - 2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə təltif haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". taxes.gov.az (az.). 11 fevral 2010. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fev 2022.