Ramiz Qasımov (pilot)

Ramiz Vaqif oğlu Qasımov (17 fevral 1975, Jdanov22 oktyabr 2020, Bakı) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.[1]

Ramiz Qasımov
Şəxsi məlumatlar
Ləqəbi Dəmir qanadlı
Doğum tarixi 17 fevral 1975(1975-02-17)
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 2020(2020-10-22) (45 yaşında)
Vəfat yeri
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Günel Qasımova
Uşaqları Gülanə, Gülay, Vaqif
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Hərbi hissə Qala aviabazası
Xidmət illəri 1992—2020
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər Aprel döyüşləri
Tovuz döyüşləri
İkinci Qarabağ müharibəsi
  Madagizin azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən uğrunda" medalı  — 2020 "Ağdamın azad olunmasına görə" medalı  — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi.

Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini vermişdir. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olmuşdur.

Həyatı

Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub.[2]

Təhsili

Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ildə oradan məzun olmuşdur.[3] 80-ci illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Ramiz Qasımov Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olmuşdur və 1997-ci ildə oranı bitirmişdir.[3]

Ailəsi

Ramiz Qasımov Günel Qasımova ilə ailəli idi.[3] Gülanə və Gülay adında qızları, Vaqif adında isə oğlu yadigar qalmışdır.[3]

Hərbi xidməti

Ramiz Qasımov 1992-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala aviabazasında xidmət edirdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip vertolyotlarda uçuşları var idi.

Tovuz döyüşləri

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulmuşdur.[4] Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alınmışdır və Ermənistan Ordusu geri oturdurulmuşdur.[5] Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.[5][6]

İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin döyüşlər davam eləmişdir.[7] 3-cü Ordu KorpusununAzərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların, həmçinin döyüş vertolyotlarının tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun, artilleriya qurğuları və canlı qüvvələri məhv edilmişdir.[7] Ermənistan Ordusunun dayaq məntəqələrinə və canlı qüvvələrinə endirilən zərbələr, məhz Ramiz Qasımovun idarə elədiyi "Mi-17" döyüş vertolyotu tərəfindən endirilmişdir. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam eləmişdir.[8] Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.[8]

İkinci Qarabağ müharibəsi

Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan "Mi-17" hücum vertolyotu. Məhz həmin vertolyot ilə "SPAYK" uzunmənzilli raketlərilə silahlanmışdır və Ramiz Qasımov tərəfindən idarə edilmişdir.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[9] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[10]

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı "SPAYK" uzunmənzilli raketlərilə silahlanan "Mi-17" vertolyotunun heyətində MadagizTalış istiqamətlərində Ermənistan Ordusunun hərbi hədəflərinin məhv edib.[11] Sentyabrın 27-də səhər saatlarında Ermənistan Ordusunun hərbi hədəflərini məhv edəndən sonra aviabazaya geri qayıdan zaman Ramiz Qasımov və 2 heyət üzvünün olduğu "Mil Mi-17" vertolyotu Tərtər rayonu istiqamətində erməni tərəfinin hədəfi oldu. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünə tullanmağı əmr elədi. Özü isə surətlə hündürlüyünü itirən vertolyotu Tərtər rayonu ərazisində yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışdı. Nəticədə Mil Mi-17 vertolyotu Tərtər rayonu ərazisində boş sahəyə düşdü. Kifayət qədər vaxt itirdiyi üçün isə Ramiz Qasımov ağır yaraldı. Dərhal hospitala aparılan Ramiz Qasımov 25 gün Koma vəziyyətində qalandan sonra oktyabrın 22-də şəhid olub.[12] II Şəhidlər Xiyabanında dəfn olunub.[13]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[14][15]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[16][17]

Məhv elədiyi qurğular

"Dağlıq Qarabağ" separatçı rejiminin Müdafiə Ordusunun arsenalında olan "9K33 OSA" ZRK. Ramiz Qasımovun rəhbərliyi altında "Mi-17" hücum vertolyotu ilə üç ədəd "9K33 OSA" ZRK məhv edilmişdir və qarşı tərəfə ümumi olaraq 30.900.000$ (ABŞ dolları) məbləğində ziyan dəymişdir

Azərbaycan Hərbi Hava Qüvvələrinin "Rəşadət" ordenli zabiti Coşqun Rüstəmovun sözlərinə görə, Ramiz Qasımov idarə etdiyi "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv eləmişdir.[18][19] Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu təyin olunan vaxtdan 20 dəqiqə tez hava qalxmışdır. Hava hücumu zamanı "SPAYK" uzun mənzilli raketlərilə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) üç ədəd "OSA" ZRK və bir ədəd Repellent "P-19" Radiolocation stansiyası dəqiq atəş zərbələri ilə məhv edilmişdir.[19][20]

Ramiz Qasımovun rəhbərliyi altında məhv edilən dörd qurğudan üçü motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qoruyan "9K33 OSA" özüyeriyən Zenit Raket Kompleksidir.[19] Həmin qurğular Rusiya Federasiyasında istehsal olunur və Ermənistan Silahlı Qüvvələrinə satılır (bəzi hallarda pulsuz verilir).[21][22] Ermənistan Silahlı Qüvvələri tərəfindən isə qurğuların bir qismi qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə yerləşdirilir və Qondarma "Dağlıq Qarabağ" Müdafiə Ordusunun tabeliyə verilir. Bir ədəd "9K33 OSA" ZRK 10.300.000$ (ABŞ dolları) olaraq qiymətləndirilir.[21]

Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) arsenalında olan bu qurğuların məhv edilməsi, Tərtər-Madagiz-Talış istiqamətlərində Azərbaycan Ordusunun artilleriya üstünlüyünə sahib olmasına şərait yaratmışdır.

Ramiz Qasımovun rəhbərliyi altında məhv edilən dördüncü qurğu isə Rusiya istehsalı olan Repellent "P-19" radiolokasiya stansiyasıdır. Həmin qurğu uzaq məsafədən Pilotsuz Uçuş Aparatlarının (PUA) idarəetməsini ələ alır, onun iş rejimini pozur və məhvinə səbəb olur. Müharibə zamanı Azərbaycan Ordusunun arsenalında olan Pilotsuz Uçuş Aparatlarından (PUA) geniş istifadə olunduğunu nəzərə almaqla həmin qurğuların məhv edilməsi önəmli hədəflərdən biri idi.

Şücaəti

Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönmüşdür.[1] Vertolyot Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur.[1] Nəticədə vertolyot sürətlə hündürlüyünü itirməyə başlamışdır.[1] Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini vermişdir.[1] Özü isə "Mi-17" hücum vertolyotunun 1500 nəfərin yaşadığı Azad Qaraqoyunluda yaşayış evlərinə düşməməsi üçün sürətlə hündürlüyünü itirən vertolyotu xüsusi ustalıqla boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır.[1] Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarır.[1] Ramiz Qasımov son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə alaraq əvvəlcə Bərdə Rayon Xəstəxanasına, sonra isə Silahlı Qüvvələrin Baş Hospitalına aparılmışdır.[19]

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[23]

Təltifləri

İrsi

2021-ci il aprelin 4-də Beyləqan şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olan Beyləqanlı şəhidlərin xatirələrinə həsr olunan memorial lövhənin açılış mərasimi baş tutub. Memorial lövhəsində birinci sırada Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun portreti yer alıb.

İrsi və xatirəsi

2021-ci ildə Bakı şəhəri 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun adı verilmişdir.[27]

Həmçinin bax

İstinadlar

  1. Belə Belə İşlər. "İkinci Qarabağ müharibəsinin "dəmir qanadlı" qəhrəmanı - Ramiz Qasımov". www.youtube.com ( YouTube portalı / "Belə belə işlər" səhifəsi) (az.). 28.12.2020. İstifadə tarixi: 02.04.2021.
  2. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  3. AzVision. "İkinci Qarabağ müharibəsinin şəhid pilotu Ramiz Qasımov". www.youtube.com ( YouTube portalı / "AzVision.Az" səhifəsi) (az.). 18.02.2021. 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.02.2021.
  4. Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi). 12.07.2020. 04.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.07.2020.
  5. Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "İtgi verən düşmən geri oturdulub". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi). 12.07.2020. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.07.2020.
  6. Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "Düşmən hücumunun qarşısı alınan zaman hərbi qulluqçularımız şəhid olub". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi). 12.07.2020. 04.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.07.2020.
  7. Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "Azərbaycan Ordusu bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi). 13.07.2020. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.07.2020.
  8. Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "Düşmənin bir neçə hərbi hədəfi darmadağın edilib - VİDEO". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi). 13.07.2020. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.07.2020.
  9. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  10. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  11. CBC TV. "Hərbi pilot Ramiz Qasımov yoldaşlarını xilas edib və şəhid olub". www.youtube.com ( YouTube portalı / "CBC TV Xəbərlər" səhifəsi) (az.). 14.12.2020. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.04.2021.
  12. Azərbaycan Televiziyası (AZTV). "Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov". www.youtube.com ( YouTube portalı / "AZTV" səhifəsi) (az.). 18.02.2021. İstifadə tarixi: 02.04.2021.
  13. İctimai TV. "İkinci Qarabağ müharibəsinin dəmir qanadlı qəhrəmanı Ramiz Qasımov". www.youtube.com ( YouTube portalı / "İCTİMAİ TV" səhifəsi) (az.). 26.12.2020. İstifadə tarixi: 02.04.2021.
  14. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  15. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  16. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  17. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  18. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  19. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "İkinci Qarabağ müharibəsinin dəmir qanadlı qəhrəmanı - VİDEO". www.azertag.az. 14.12.2020. 2021-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.12.2020.
  20. Arzu Kəlbi. "Döyüş yoldaşlarını vurulmuş vertolyotdan xilas edən şəhid pilot - Ramiz Qasımov". www.youtube.com ( YouTube portalı / "BAKU TV" səhifəsi) (az.). 28.12.2020. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.04.2021.
  21. Спутник Армения. "И вновь об оружии: кто и на каких условиях предлагал Армении ЗРК "ОСА"?". www.ru.armeniasputni.am ( (rus.)). 11.06.2020. 2021-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.06.2020.
  22. Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi. "İlham Əliyev xalqa müraciət edib". www.president.az. 26.10.2020. 2021-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.10.2020.
  23. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  24. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  25. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  26. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  27. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.