Ramiz Mustafayev (bəstəkar)

Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2001).

Ramiz Mustafayev
Ümumi məlumatlar
Doğum tarixi 16 oktyabr 1926(1926-10-16)
Doğum yeri
Vəfat tarixi 10 aprel 2008(2008-04-10) (81 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, bəstəkar, musiqiçi
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973
"Şöhrət" ordeni  — 2001
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.[1]

2002-ci ildən prezident təqaüdçüsü olub.[2]

10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.

Əsərləri

Operalar
Musiqili komediyalar, operettalar
Digər vokal əsərləri
Uşaqlar üçün

Filmoqrafiya

  1. O olmasın, bu olsun (film, 1956)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.