Ramiz Həsənov (icra başçısı)
Ramiz Şamil oğlu Həsənov (7 aprel 1960, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
Ramiz Həsənov | |
---|---|
Vəzifədədir | |
26 aprel 2021-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 aprel 1960 (63 yaş) |
Doğum yeri |
Həyatı
1960-cı ilin aprel ayının 7-də Azərbaycanın Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.[1] 1977–1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1988-ci ildə ali təhsilini başa vurmuşdur.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır.
Siyasi fəaliyyəti
2001-ci ilin oktyabrında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin olunmuş, 2011-ci ilin aprel ayınadək bu vəzifədə çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2][3]
İstinadlar
- Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 434. ISBN 978-9952-8032-5-9.
- "Ramiz Şamil oğlu Həsənov". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
- Prezidentin sərəncamı ilə 5 rayonun icra başçısı dəyişdirilib.