Ramiz Cəfərov (icra başçısı)
Ramiz Cəfərov (tam adı: Cəfərov Ramiz Əli oğlu; 19 may 1959, Qarabağlar, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı.[1]
Ramiz Cəfərov | |
---|---|
Cəfərov Ramiz Əli oğlu | |
24 may 2004 – 31 avqust 2015 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Kamal Ələkbərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 may 1959 (64 yaş) |
Doğum yeri |
Həyatı
Ramiz Cəfərov 19 may 1959-cu ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olub. 1966–1976-cı illərdə Qarabağlar kənd orta məktəbində orta təhsil alıb. 1977–1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Naxçıvan Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində təhsil almışdır. Müxtəlif idarə və təşkilatlarda çalışıb: Qarabağlar İstehlak Cəmiyyətinin sədri, Qıvraq İstehlak Cəmiyyətinin sədri, Şərur rayon "Kəngərli" Şəkər şirkətinin direktoru (1997–2002), 2 saylı Şərur Seçki Dairəsinin sədri (2003–2004), 24 may 2004-cü ildən 31 avqust 2015-ci ilədək Kəngərli rayon İcra Hakimiyyətinin başçısı kimi rəhbər vəzifələrdə işləyib. Hazırda Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında işləyir.
Yeni Azərbaycan Partiyasının II, III, IV və V Qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatı Siyasi Şurasının üzvü olub.
Ailəlidir, 4 övladı var.
İcra başçısı
Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin ilk başçısı vəzifəsində işləmişdir[1]. O, bu vəzifəyə 24 may 2004-cü ildə təyin edilmişdir[1]. 31 avqust 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[2].
İstinadlar
- "R. Ə. Cəfərovun Naxçıvan Muxtar Respublikası Kəngərli rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2004-cü il tarixli, 1000 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- "R. Ə. Cəfərovun Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2015-ci il tarixli, 1376 nömrəli Sərəncamı. e-qanun.az (az.)