Ramiz Cəbrayılov
Ramiz Cəbrayılov (tam adı: Cəbrayılov Ramiz Məhərrəm oğlu; d. 4 iyun 1961, Laçın rayonu, Ağanus) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (2007 – 4 mart 2013).[1]
Ramiz Cəbrayılov | |
---|---|
Ramiz Məhərrəm oğlu Cəbrayılov | |
2007 – 2013 | |
Əvvəlki | Elbrus Təhməzov |
Sonrakı | Akif Səlimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağanus, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Məhərrəm Cəbrayılov |
Həyatı
Ramiz Cəbrayılov 1961-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur.
1968-1978 illərdə Ağanus kənd orta məktəbində təhsil almışdır.
İlk əmək fəaliyyətinə Şuşa rayonunun Kirov adına sovxozunda təsərrüfat fəhləsi kimi başlamışdır.
1984- cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu baytarlıq, sonra isə 1989-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnsititunu politoloq ixtisası üzrə bitirmişdir.
1985- ci il yanvar-mart aylarında Laçın rayon Baytarlıq laboratoriyasında sereloq həkim, 1985-c i ilin mart ayından 1986- cı ilin noyabr ayınadək Azərbaycan LKGİ Laçın Rayon Komitəsində şöbə müdirinin müavini, 1986-cı il noyabr ayından 1987- ci ilin dekabr ayınadək həmin Komitədə ikinci katib işləmişdir.
1987-1992 ci illərdə LKGİ Laçın rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
1992-1994 illərində Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1994- cü ildən 2003- cü ilə qədər Laçın Rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
1995- ci ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı Laçın-Qubadlı-Zəngilan Seçki Dairəsinin, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkiləri zamanı 58 saylı Laçın Seçki Dairəsinin, 2003-2007- ci illərdə 121 saylı Laçın Seçki Dairəsinin sədri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2007-ci il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
4 mart 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramiz Məhərrəm oğlu Cəbrayılov Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[2].
Ailəlidir bir övladı var.
İstinadlar
- "R.M.Cəbrayılovun Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2760 saylı Sərəncamı" (az.). e-qanun.az. 2013. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
- "R.M.Cəbrayılovun Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-04.
Xarici keçidlər
- [www.lachin-ih.gov.az/page20/IH-nın+Başçısı.html]