Ramiz Bağırov (müəllim)

Bağırov Ramiz Məmməd Tağı oğlu —müəllim.

Ramiz Bağırov
Bağırov Ramiz Məmməd Tağı oğlu
Doğum tarixi
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Həyatı

Ramiz Bağırov opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti Məmməd Tağı Bağırovun ailəsində 1929–cu ildə dünyaya göz açıb[1]. Asəf Zeynallı adına Musiqi Texnikumunda, sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında vokal ixtisası üzrə təhsil alıb.

1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblında çalışmağa başlayıb. O, 1957-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya komitəsi xorunun solisti olub,eyni zamanda Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib, 1971-ci ildən isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda əvvəlcə müəllim, sonralar isə vokal ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışıb. Ramiz Bağırov bir neçə metodik işləmələrin, o cümlədən “Azərbaycan vokalistlərinin məcmuəsi” adlı elmi-nəzəri metodik əsərin müəllifi olub. 1973-cü ildə bəstəkar Hazim Əliverdibəyov tərəfindən yazılmış “Cırtdan” uşaq nağıl operasının liberetto müəllifi də R.M.Bağırov olub.Peşəkar sənətkar, tələbkar müəllim, həssas insan olan R.M.Bağırovun bir çox vokalistin yetişməsində böyük rolu olub. Onun “əruz” vəznində gözəl şeir oxuması qabiliyyətini nəzərə alaraq görkəmli kinorejissor Şahmar Ələkbərov 1991-ci ildə çəkdiyi “Qəzəlxan” filmində yaddaqalan obrazlardan biri olan Mirzənin rolunu məhz Ramiz Bağırova həvalə edilmişdir. Filmdə qəzəlxan Əliağa İsgəndərova “Vahid” ləqəbini verən bir tarixi şəxsiyyətin rolunun ifaçısı olmuş, həm də bu rolu özü səsləndirmişdir.

Eləcə də rejissor Ağarza Quliyevin 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında çəkdiyi eyniadlı bədii filmində Ramiz Bağırov aparıcı rollardan biri olan Gülümsərov obrazının (Bəşir Səfəroğlu) bütün mahnılarını səsləndirib.

İstinadlar

  1. "Unutsaq unudularıq və ya bir ailənin tarixçəsi". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.