Ramiz Atakişiyev
Atakişiyev Ramiz Rafiq oğlu (4 mart 1996; Siyəzən, - 14 noyabr 2020; Şuşa rayonu), — İkinci Qarabağ müharibəsi şəhidi.
Atakişiyev Ramiz | |
---|---|
Atakişiyev Ramiz Rafiq oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Siyəzən, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2015 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Füzulinin azad edilməsi, Şuşanın azad edilməsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atakişiyev Ramiz Rafiq oğlu 1996-ci il mart ayının 4-ü Siyəzən şəhərində anadan olub. 2002-ci ildə 1-ci sinfə daxil olub. 2013-cü ildə Siyəzən şəhər 6 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir . 2014-cü ildə Naxçıvanda N saylı hərbi hissədə xidmət etmiş, 2016-ci il sentyabr ayında hərbi xidməti başa vurmuşdur. 2020-ci ilin oktyabrında SHXÇDX -nin Siyəzən bölməsi tərəfindən səfərbər edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Döyüş yolu
Ramiz Atakişiyev Siyəzəndən könüllü olaraq hərbi xidmətə adını yazdırmış və ilk olaraq Ağcabədi rayonuna göndərilmişdir. Burada bir neçə günlük təlimdən sonra oktyabr ayında Füzuliyə döyüşə yola düşüb. Bu zaman evə zəng edib və hər şeyin yolunda olduğu haqqında məlumat vermişdir. Daha sonra Şuşa yolunda döyüşlərə gedərkən düşmənin minasına tuş gəlib və sağ ayağının tamamilə qopması nəticəsində qanaxmadan dünyasını dəyişərək həlak olmuşdur.
Təltifləri
- 24.06.2021
- 24.06.2021
- 24.06.2021
İstinadlar
1.https://www.bbc.com/azeri/azerbaijan-55234647 2. https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-prezidentinin-silahli-quvvelerin-herbi-qulluqcularinin-igidliye-gore-medali-ile-teltif-edilmesi-36520.html 3.https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-prezidentinin-silahli-quvvelerin-herbi-qulluqcularinin-veten-ugrunda-medali-ile-teltif-edilmesi-36518.html 4.https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-prezidentinin-silahli-quvvelerin-herbi-qulluqcularinin-susanin-azad-olunmasina-gore-medali-ile-t-36501.html