Ramiz Abbaslı
Ramiz Abbaslı (Ramiz Məhəmməd oğlu Bərxudarov; 1 iyul 1948, Papravənd, Ağdam rayonu) — Azərbaycan yazıçısı; ingilis, alman və rus dillərindən bədii ədəbiyyat tərcüməçisi.
Ramiz Abbaslı | |
---|---|
Bərxudarov Ramiz Məhəmməd oğlu | |
| |
Doğum adı | Ramiz |
Təxəllüsü | Abbaslı |
Doğum tarixi | 1 iyul 1948 (75 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | Kimya |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Fəaliyyət illəri | 1996-cı ildən |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | roman, povest, hekayə |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ramiz Abbaslı 1948-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Səkkizinci sinfə qədər öz kəndlərində oxusa da, yuxarı siniflərdə təhsilini qonşu Boyəhmədli kəndindəki orta məktəbdə davam etdirib. Uşaqlıqdan musiqiyə, şəkil çəkməyə meyilli olub. Bədii ədəbiyyatı da sevir, mütaliə edirdi; azərbaycan yazıçılarının, eləcə də dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini oxumaqdan xüsusi bir zövq alırdı; ən çox sevdiyi kitablar isə "Koroğlu" dastanı, S.S.Axundovun əsərləri, əsasən də "Qaraca qız", və "Nurəddin" hekayələri, Mark Tvenin "Tom Soyyerin macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", Rəşad Nuri Güntəkinin "Çalı quşu", F.M.Dostoyevskinin "Cinayət və cəza", V,Hüqonun "Səfillər" romanları olub. Məktəbdə oxuduğu dövrdə R.Abbaslı əsasən riyaziyyat, fizika və kimya fənnlərini böyük bir maraqla öyrənirdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Dövlət Universitetinin kimya fakultəsində davam etdirib.
Ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb və uzun illər neft sənayesində çalışıb.
Yaradıcılığı
Yazıçı Ramiz Abbaslı öz əsərlərini azərbaycan və rus dillərində yazır. Ara-sıra dövri mətbuatda bədii və publisistik yazılarla çıxış edən Ramiz Abbaslının ilk kitabı olan "Yeddi kəndin məktəbi" 1996-cı ildə çapdan çıxıb. Kitaba daxil olan povestlərdən biri – "Yeddi kəndin məktəbi" XX əsrin ən gözəl məhəbbət dastanı kimi dəyərləndirilir. Geniş oxucu kütləsi bu kitabı sözün həqiqi mənasında böyük bir coşquyla qarşıladı və heç də təsadüfi deyil ki, əksər oxucular üçün o, stolüstü kitaba çevrildi, elə həmin il də "Ədəbi Uğur" mükafatına layiq görüldü. Xalq dilinin şəhdi-şəkəri, sadə insanların məişəti, dağətəyi Qarabağ kəndlərinin füsünkar mənzərəsi, o kəndlərin birindəki adicə məktəb və adi məktəbdə qeyri-adi məhəbbət macərası. İllər keçdi, bütün bunlar kağıza köçdü. Maraqlı və gözəl bir kitab yazıldı, Ramiz Abbaslı da ədəbiyyata o kitabla gəldi; onun qələmindən çıxan hekayə, məqalə və tərcümələr Azərbaycanın çoxsaylı qəzet və jurnallarında çap olunmaqla yanaşı, mütəmadi olaraq həm də kitab şəklində çapdan çıxır: "İlğım", Bakı — 2000; "Zülmət gecələr", Bakı — 2008; "Ad oğrusunun adı", Bakı — 2015; "Ximera", Bakı — 2018.
Ramiz Abbaslı rus dilində yazdığı hekayələri, bir qayda olaraq, rusiya mətbuatında – jurnal, almanax, ədəbi toplu və ayrıca kitab halında – çap etdirir. Rus oxucusu və Rusiyanın ədəbiyyat adamları Ramiz Abbaslının yaradıcılığını yüksək dəyəndirirlər. Rus tənqidçisi yazır:"Ramiz Abbaslının hekayələrində süjetlər qeyri-adidir, detallara diqqət və təsvir olunan hisslərin dərinliyi isə möhtəşəmdir."[1]
2020-ci ildə Moskvada faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Спецвыпуск,посвященный 75-летию Победы в Великой Отебественной войне" (Böyük Vətən müharibəsində qazanılan Qələbənin 75 illiyinə həsr olunmuş xüsusi buraxılış) adlı almanax nəşr olundu. Almanaxda 1941-ci ildən bəri müharibə mövzusunda yazılmış çoxsaylı şeir və hekayə yer alıb. Bu, digər müəlliflərlə yanaşı, tanınmış rus yazarları: İlya Erenburqun, Konstantin Simonovun, Nobel Mükafatı laureatı Boris Pasternakın, Evgeni Evtuşenkonun da təmsil olunduğu bir ədəbi topludur.
Böyük Vətən müharibəsində Azərbaycan ləyaqətlə iştirak edib, xalqımız tarix yazıb. Almanaxda Azərbaycanı layiqincə təmsil etmək lazım idi. R.Abbaslı bu işi bacardı. Almanaxa yazılmış ön sözdə Ramiz Abbaslının "Первый возвращенец" ("Cəbhədən ilk qayıdan adam") hekayəsi xüsusi olaraq təriflənir və əsər "müharibənin mahiyyətini dərk etmiş insanın müdrikliyi"[2] kimi səciyyələndirilir; əslində, bu, çox yüksək qiymətdir.
R.Abbaslı müxtəlif beynəlxalq ədəbiyyat müsabiqələrində iştirak edir. Final mərhələsi Bakıda keçirilən Beynəlxalq Avrasiya Ədəbiyyat müsabiqəsi LIFFT – 2019-un seçmə mərhələsini müvəfəqiyyətlə keçib və diploma layiq görülüb. Beynəlxalq London ədəbiyyat müsabiqəsində də uğurla çıxış edərək finala çıxıb və finalçı qismində müsabiqənin diplomuna layiq görülüb. 2019-cu ildə M.Y.Lermontovun xatirəsinə həsr olunmuş beynəlxalq ədəbiyyat müsabiqəsində isə nəsr nominasiyası üzrə qalib gələrək medal qazanıb. Müəllifin "Песня слепого" (Korun mahnısı) kitabı 2019-cu ildə Moskvada keçirilən Non-fikşin Beynəlxalq kitab sərgisinin ən yaxşı eksponatları – Sərginin Hitləri – qismində nümayiş etdirilib və diploma layiq görülüb. Müəllifin "Korun mahnısı" hekayəsi ən yaxşı nəsr nümunəsi – hesab edilir ki, əslində, bu, hekayə deyil, itirilmiş vətən torpağına deyilən ağıdır[3] – kimi ingilis dilinə tərcümə olunaraq, 20000 tirajla çıxan "Russian Bell" jurnalında[4] çap olunub.
Ölkə daxilində və xaricdə əsərlərinin çap olunduğu almanax və ədəbi toplular:
- "Almanax". Ədəbi əsərlər toplusu, Bakı — 2004;
- "Soyqırım: erməni terrorizmi, Bakı — 2009;
- "Qarabağ dünən, bu gün və sabah", Bakı — 2010;
- "Российский колокол", №4, Москва — 2018;
- "Российский колокол", Литературная премия им.М.Ю.Лермонтова, Москва — 2019;
- "Современник", сборник №10, посвященный творчеству М.Ю.Лермонтова, Москва — 2020;
- "Российский колокол", №3, Москва — 2020;
- "Современник", №14(13), посвященный творчеству А.С.Грина, Москва — 2020;
- "Отражение.ХХI век". Один, но рядом с кем-то… Сборник номинантов на Премию имени Сергея Довлатова, Москва — 2020;
- "Современник". Спецвыпуск, посвященный 75-летию Победы в Великой Отечественной войне, Москва — 2020;
- Literary magazine "Russian Bell". Moscow — 2020;
- "Вокруг света" №1: литературный сборник, Москва — 2020;
- "Вокруг света" №2: литературный сборник, Москва — 2021;
- "Самому себе не лгите": литературный сборник, посвященный 200-летию Ф.М.Достоевского, первый том. Санкт-Петербург — 2021.
Kitabları
- Ramiz Abbaslı. "Yeddi kəndin məktəbi" (povestlər toplusu), Bakı, 1996.
- Ramiz Abbaslı. "İlğım", Bakı, 2000.
- Ramiz Abbaslı. "Zülmət gecələr" (povest və hekayələr), Bakı, "Nərgiz" nəşriyyatı, 2008, – 204 səh.
- Ramiz Abbaslı. Tomas de Vaalın "Qara bağ" kitabındakı təhriflərə dair Arxivləşdirilib 2012-07-27 at the Wayback Machine. — "Qarabağ dünən, bu gün və sabah" 8-ci elmi-əməli konfransının materialları (Qarabağ General-Qubernatorluğunun 90 illiyinə həsr olunur).
- Ramiz Abbaslı. "Ad oğrusunun adı" (roman), Bakı, "Elm və təhsil", 2015. 280 səh.
- Ramiz Abbaslı. "Ximera" (roman), Bakı, "Qanun", 2018. 224 səh.
- Рамиз Аббаслы, "Песня слепого" (сборник рассказов и статей), Москва — 2019;
- Рамиз Аббаслы, "На необитаемом полуострове" (сборник рассказов) – книга из серии "Золотое слово", Москва — 2021.
- Рамиз Аббаслы. Низами Гянджеви тюркский поэт. Баку-2021.
- Ramiz Abbasli. Nizami Ganjavi turkic poet. Baku-2021.
Publisistikası
R.Abbaslının publisistik yazılarında əsas istiqamətlərdən biri azərbaycan xalqının tarixini saxtalaşdırmaq istəyənlərə cavab verməkdir. Bu mənada "Научное исследование или фальсификация истории"[5] məqaləsi xüsusi qeyd olunmalıdır. Hələlik ancaq rus və ingilis dillərində mövcud olan bu məqalə "elmi şücaət" kimi də dəyərləndirilir. Məqalədə azərbaycan tarixinin ən problemli məsələlərindən olan Qədim Albaniya tarixi, albaniya əhalisinin etnik tərkibi, aparıcı etnosun kimliyi, həmin vaxt "İncil"in hansı dilə tərcümə olunmasıyla bağlı düzgün fikirlər səsləndirilərək elmi cəhətdən əsaslandırılıb. Eyni fikirlər onun "Вокруг света" № 1-də Azərbaycan barədə verdiyi qısa tarixi arayışda da yer alıb[6]. Bu səpkidən olan başqa bir publisistik yazı isə "Tomas de Vaalın "Qara Bağ" kitabındakı təhriflərə dair" adlı məqalədir. Qaniçən erməni liderinin dilindən çıxan "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o streotipi sındırdıq", "Əsas məsələ odur ki, Ermənistanda indi ancaq bir etnos qalıb… Bizim mədəniyyətlərimiz başqa-başqadır. Biz böyür-böyürə yaşaya bilərik, amma biri- birinin içində yaşaya bilmərik"[7] kimi insan adına yaraşmayan, sərsəm erməni deyimlərini ilk dəfə Ramiz Abbaslı 2008-ci ilin avqust ayında "Xalq qəzeti"ndə çıxış edərək azərbaycan içtimaiyyətinin nəzərinə çatdırıb.[8] Məqalədə Ağdam şəhərinin dağılması və bu barədə ingilis jurnalistin dedikləri sitat gətirilir: "1993-cü ildə Ağdamı ələ keçirən ermənilər şəhəri viran qoyublar, küçə-küçə, ev-ev söküb son kərpicinəcən aparıblar. Ağdam məscidinin minarəsindən baxanda aşağıda bir Xirosimo görünürdü."[9] – Tomas de Vaal öz gözüylə gördüklərini belə ifadə edir. İngilis jurnalistinin fikrinə münasibət bildirən R.Abbaslı isə yazır: "Atom partlayışı nəticəsində Xirosimo şəhərinin xeyli hissəsi dağıntıya məruz qalıb. Erməni işğalı nəticəsində isə Ağdam şəhəri tamamilə dağıdılaraq xarabazara çevrilib. Erməni terroru, erməni faşizmi atom bombasından da dəhşətli bir fəlakətdir."[10] — Məqalədə çox vacib bir məsələyə toxunulduğunu və elmi cəhətdən yüksək səviyyədə yazıldığını nəzərə alan naşirlər onu həmin dövrdə çap olunmuş iki kitaba – "Soyqırım: erməni terrorizmi" və "Qarabağ dünən, bu gün və sabah" – da əlavə ediblər. Məqalədəki mövzuyla əlaqədar olaraq R.Abbaslı Ermənistan – Azərbaycan münaqişəsinə həsr olunmuş 9-cu elmi-praktik konfransda da çıxış etmişdir.[11]
2015-ci ildə yazılmış "Simvolizm" məqaləsi "azyb.az" saytında[12] yer alıb. Məqalədə Simvolizm ədəbi məktəbi, onun yaradıcıları, nəzəri əsası, fəlsəfi konsepsiyasından söz açan R.Abbaslı bu ədəbi məktəbin nümayəndələrindən olan görkəmli irland şairi, 1923-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Uilyam Batler Yitsdən elədiyi tərcümələrlə də oxucuları tanış edir.
"Ədəbiyyat qəzeti"nin 2015-ci il avqust, sentyabr, oktyabr və noyabr saylarında dərc olunmuş silsilə məqalələrdə isə R.Abbaslı postmodernizm ədəbi məktəbindən geniş söz açır, onun əsas yaradıcılarından sayılan Con Barta həsr olunmuş "Postmodernizmin patriarxı"[13], eləcə də bu ədəbi məktəbin tanınmış nümayəndələrindən sayılan Con Apdayka həsr etdiyi "Pastmodernizmin parlaq ulduzu"[14] məqalələrində bu ədəbi cərəyanın mahiyyətini açmağa çalışır. Əyanilik üçün postmodernist yazarların – Con Apdayk, Coys Kerol Outs, Geri Snayder və digərlərinin — əsərlərindən tərcümə etdiyi nümunələrlə də oxucular tanış edir.
R.Abbaslının sonuncu kitabı "Nizami Gəncəvi türk şairidir" adlanır. Əslində, bu, Nizaminin etnik kimliyinə həsr olunmuş elmi-tədqiqat əsəridir. Təəsüflə qeyd etmək lazımdır ki, dahi Azərbaycan şairinin etnik kimliyi, onun zəngin ədəbi irsinin hansı xalqa – türkə, yoxsa farsa – mənsub olması barədə mübahisələr hələ də səngimək bilmir[15]. Nizaminin 880 illiyi münasibətiylə yazılmış bu kitabda R.Abbaslı məsələyə tam fərqli bir münasibət sərgiləyərək, mübahisəli məqamlara fəlsəfi, tarixi, etnopsixoloji və müqayisəli etnopsixologiya aspektlərdən yanaşıb, təkzibolunmaz elmi faktlarla sübut edir ki, Nizami Gəncəvi etnik türkdür, türk şairidir. Kitab dünyaya bir mesaj olaraq rus dilində yazılmış və ingilis dilinə tərcüməylə birlikdə çap olunmuşdur[16].
Məqalələri
- Ramiz Abbaslı. "Çağdaş ədəbiyyatın şahzadəsi", "Azərbaycan" jurnalı, 2005, № 4;
- Ramiz Abbaslı. "Tomas de Vaalın "Qara bağ" kitabındakı təhriflərə dair", "Xalq qəzeti", 08 avqust 2009.
- Ramiz Abbaslı. "Xalq musiqisinə biganəlik, ana dilinə hörmətsizlik", Qobustan jurnalı, 2010, № 4;
- Ramiz Abbaslı. "İngilis pritçasının ustası", Vilyam Qoldinqin "Seçilmiş əsərləri" kitabı, Bakı, 2010.
- Ramiz Abbaslı. "Plakatçı rəssam" – "Qobustan" jurnalı, 2013-cü il, № 3;
- Ramiz Abbaslı. "Simvolizm", 2015.
- Ramiz Abbaslı. "Postmodernist ədəbiyyatın parlaq ulduzu – Con Apdayk". "Ədəbiyyat qəzeti", 15 avqust 2015;
- Ramiz Abbaslı. "Postmodernist ədəbiyyatın patriarxı – Con Bart". "Ədəbiyyat qəzeti", 29 avqust 2015;
- Ramiz Abbaslı. Avropa postmodernizmi – Böyük Britaniya, Müriel Spark. "Ədəbiyyat qəzet" 14 noyabr 2015;
- Ramiz Abbaslı. Avropa postmodernizmi – Böyük Britaniya. Vilyam Qoldinq, "Ədəbiyyat qəzeti", 21 noyabr 2015.
- Ramiz Abbaslı. Umudlu qətliyamı. Papravənd müharibəsi. 2017
- Ramiz Abbaslı. Papravənd kəndi. 2017
- Рамиз Аббаслы, Неоплаканная боль Аннинского. В книге "Песня слепого", Москва — 2019;
- Рамиз Аббаслы, "Смерть Андрия". В Альманахе "Российский колокол" выпуск четвертый, Москва — 2018г. и в книге "Песня слепого", Москва — 2019; (rus.)[17]
- Рамиз Аббаслы, Научное исследование или фальсификация истории? В книге "Песня слепого", Москва — 2019; (rus.)
- Ramiz Abbasli. The scientific study or history rewriting? 2018 (ing.)
- Рамиз Аббаслы, Нобеловскому комитету мира. В книге "Песня слепого", Москва 2010.
- Рамиз Аббаслы, "Об Азербайджане", Сборник "Вокруг света", 2020 № 1, Москва.
- Рамиз Аббаслы, "Азербайджан – жемчужина Кавказа". Сборник "Вокруг света", 2021 № 2, Москва.
Tərcümələri
Ramiz Abbaslı dünya ədəbiyyatının tanınmış simalarının əsərlərini ingilis, alman və rus dillərindən azərbaycan dilinə tərcümə edir. Amerika ədəbiyyatıbdan E.Heminqueyin, Ş.Andersonun, C.Steynbekin, C.Apdaykın, C.K.Outsun, G.Snayderin, ingilis ədəbiyyatından Ç.Dikkensin, Ceyms Coysun, C.Qolsuorsinin, A.Koppardın, Ketrin Mensfieldin, Müriel Sparkın, Uilyam Qoldinqin, Harold Pinterin, alman ədəbiyyatından Kafkanın, Henrix Böllün, İnqeborq Baxmanın, Elfride Yelinekin, belorus ədəbiyyatından Svetlana Aleksiyeviçin yaradıcılığından nümunələr tərcümə etmişdir.
R.Abbaslı məqalə və müsahibələrində daim xüsusi olaraq vurğulayır ki, sovet dövründə formalaşmış bədii tərcümə məktəbi səhvdir, – o vaxt bədii əsərləri azərbaycan dilinə əksər hallarda orjinaldan yox, rus dilindən tərcümə edirdilər. Əsər orjinaldan tərcümə olunmalıdır, bədii tərcümə çox ciddi yanaşma tələb edən yaradıcılıq işidir, – Ramiz Abbaslının öz işində rəhbər tutduğu əsas prinsib budur. Ona görə də oxucular onun tərcümələrini yüksək dəyərləndirirlər. "Siz elə gözəl tərcümə edirsiniz, sanki, Çarlz Dikkens, Ceyms Coys, Con Steynbek azərbaycanlı olublar və öz əsərlərini də azərbaycan dilində yazıblar," – əksər oxucuların yekdil rəyi belədir və yəqin ki, bundan yüksək qiymət ola da bilməz. R.Abbaslının istedadlı bir tərcüməçi olduğu və tərcüməçi kimi çox böyük iş gördüyü yerli mətbuatda[18], o cümlədən xarici ölkələrin mətbuatında[19] da qeyd olunur. Məsələyə bu aspektdən yanaşanda, R.Abbaslı bədii tərcümə sahəsində özünəməxsus bir məktəb yaradıb. Onun tərcümələri bu gün yeddi kitabda toplanıb: Ç.Dikkens, "İki şəhərin hekayəti"; C.Coys, "Ölülər", U.Qoldinq, Seçilmiş əsərləri; A.Şmit, "Cip və Yanika"… Yalnız qəzet və jurnallarda dərc olunmuş tərcümələri toplayıb əlavə üç kitab da çap eləmək mümkündür və nəticədə ən azı on kitab alınır.
Tərcümələri
- Con Qolsuorsi. Zirvə (hekayə). Ulduz, 1995, (o il cəmi bir nömrə çıxıb), s. 72–75.
- Ceyms Coys. Ölülər (povest), Evelin (hekayə). Dünya ədəbiyyatı, 2005, nömrə 1, s.3–38.
- Ceyms Coys. Seçki məntəqəsində sarmaşıqlı gün (hekayə). "Yeni Azərbaycan" qəzeti, 22 fevral 2002, 05 aprel 2002.
- Ceyms Coys. Ərəbi (hekayə). Ulduz, 2006, nöm. 5, s. 58–61.
- İnqeborq Baqxman. Onun sözü (şeir); Kögələr, güllər, kölgələr (şeir), Ulduz, 2006, nöm. 1, s. 68.
- İnqeborq Baxman. Ölüm gələcək (hekayə). Ulduz, 2006, nöm. 1, s. 58–61.
- Donald Bisset. Sehrli arzu ağacı (nağıl); Söz çayı (nağıl). Ulduz, 2000, nöm. 2, s.51.
- Ketrin Mansfield. Külək əsir (hekayə). Ulduz, 1998, nöm. 8, s. 75–77.
- Ketrin Mansfield. Bir fincan çay (hekayə). "Yeni Azərbaycan"qəzeti,02.03.2003.
- Myüriel Spark.Çox yaxşı saat (hekayə). Ulduz,1998,nöm. 10, s.62–63.
- Myüriel Spark.Görəydiniz orda nələr olur (hekayə). "Ədəbiyyat qəzeti", 14 oktyabr 2015-ci il.
- Alfred Koppard. Borc (hekayə). Ulduz, 1998, nöm.10, s.64–68.
- Coys Kerol Outs. Sən hardaydın, hara gedirsən? (hekayə). "Ədəbiyyat qəzeti", 17, 24, 31 oktyabr 2015 və 7, noyabr 2015-ci il saayları.
- Con Apdayk. Valter Briqqs (hekayə). "Ədəbiyyat qəzeti", 15 avqust 2015-ci il sayı.
- Kristofor Rid və başqaları. Halsızlıq ədəbiyyatı (esse). "Ədəbiyyat qəzeti", 29 avqust 2015-ci il sayı.
- Qeri Snayder. Riprap (şeir). "Ədəbiyyat qəzeti", 10 oktyabr 2015-ci il sayı.
- Svetlana Aleksiyeviç. Ağlayanı güllələyəcəyik (hekayə); Qışqırıb ağlayıram (hekayə); Havaya güllə atırdım (hekayə); Anam qışqırırdı: bu, mənim qızım deyil (hekayə). "Ədəbiyyat qəzeti", 24 oktyabr 2015-ci il sayı.
- Frans Kafka. Ölünün yanında qonaq (hekayə). "Yeni Azərbaycan" qəzeti, 25.10.2002.
- Frans Kafka. Qardaş qətli (hekayə). "Yeni Azərbaycan" qəzeti, 09 fevral 2003-cü il.
- Frans Kafka. Kömüraxtaran (hekayə). "Ədalət" qəzeti, 25 aprel 2003-cü il.
- Frans Kafka. Yuxugörmə (hekayə). "Kaspi" qəzeti, 13 avqust 2003-cü il.
- Fridrix Nitsşe. Dəli adam (esse). "Ədalət" qəzeti, 25 sentyabr 2003-cü il.
- Henrix Böll. Mənim qiymətli ayağım (hekayə). "Yeni Azərbaycan" qəzeti, 27 avqust 2002.
- Henrix Böll. Ölülər əmrə tabe olmur (hekayə). "Yeni Azərbaycan" qəzeti, 04 oktyabr 2002.
- Henrix Böll. Küçə tamaşası (hekayə). "Kaspi" qəzeti, 22yanvar 2003-cü il.
- Elfride Yelinek. Paula (hekayə). Ulduz, 2005, nöm. 2, s. 42–45.
- Elfride Yelinek. Mənim əzizlərim (hekayə). Azərbaycan, 2005, nöm. 6, s. 141–142.
- Elfride Yelinek. Qəz və ölüm (pyes). Dünya ədəbiyyatı, 2005, nöm. 2, s. 66–72.
- Şervud Anderson. Gediş (hekayə). "Yeni Azərbaycan" qəzeti, 01 oktyabr 2002-ci il.
- Helmut Haysenbuttel. Surəssamı (hekayə). "Ədalət" qəzeti, 31 oktyabr 2003-cü il.
- Harold Pinter. Şeirlər: Allah Amerikaya xeyir-dua verir; Demokratiya; Hava məlumatı; Ölüm. "Ulduz", 2006, nöm. 4, s. 76–77.
- Harold Pinter. Azdanışan ofisiant (pyes). "Ulduz", 2006, nöm. 4, s. 77–87.
- Rahel Hutmaxer. Qaçış (hekayə). "Yeni Azərbaycan" qəzeti, 13 aprel 2003-cü il.
- Lüdviq Pels. Ev (hekayə). "Yeni Azərbaycan" qəzeti, 18 oktyabr 2002-ci il.
- Ketlin Foyl. Tütəkçalan Filim (nağıl-hekayə). "Yeni Azərbaycan" qəzeti, 24. 09. 2003.
- Ceyms Barri. Piter Pen (nağıl- hekayə). "Ədalət" qəzeti, 13 iyun 2003-cü il.
- Elen Simpson. Ağac (hekayə). "Ulduz" 2004, nöm. 11, s. 43–46.
- Ernest Heminquey. Hindu qəsəbəsi (hekayə). "Ulduz", 1999, nöm. 7/8, s. 64–66.
- Ernest Heminquey. Yağışa düşmüş pişik (hekayə). "Ulduz", 1999, nöm. 7/8, s.67–68.
- Ernest Heminquey. Qoca kişi körpüdə (hekayə). "İki sahil" qəzeti, 18 avqust 1999-cu il.
- Qrem Qrin. Xüsusi vəzifələr (hekayə). "Yeni Azərbaycan" qəzeti, 24 sentyabr 2001-ci il.
- Vilyam Batler Yits. Şeirlər: Kuklalar; Vəhşi qazlar Kulidə; Ann Qriqoriyə; "azyb.az" saytı.
- Con Steynbek. Xrizantemlər (hekayə). "Azərbaycan" jurnalı, 2008, nöm. 8, s.103–109.
- Maron Monika. Heyvani yanğı (hekayə). "Ulduz", 2005, nöm. 11, s. 75–77.
- Hyu Loftinq. Doktor Dulitlin nağılı (hekayə). "Ulduz", 2002, nöm. 2, s. 52–54.
- Teodor Rötke. Şeirlər: Alaqvuran; Zirzəminin dibi; Bir qadın tanıyırdım; Güclü külək. Ulduz, 2005, nöm. 9, s. 86–88.
- Vilyam Qoldinq. Seçilmiş əsərləri: Vilyam Qoldinqin Nobel nitqi, s.13–27; Milçəklər kralı (roman), s. 30–262; Varislər (roman), s. 266–468. "Şərq-Qərb" nəşriyyatı, Bakı-2010.
- Ceyms Coys "Dublinlilər" – hekayələr (Əlisa Nicatla birlikdə).
- Postmodernist yazarlar – Geri Snayder, şeirlər: "Evdən bayıra çıxmadan", "Riprap", "Bu şeir ayı üçündür", "Sapsız balta", "Mən şeir yazıram", "Üzdə olanlar". "Ulduz" jurnalı, 2017-ci il, № 3.
- Çarlz Dikkens, "İki şəhərin hekayəti"(roman), "Qanun" nəşriyyatı, Bakı- 2017.
- Ceyms Coys "Ölülər" (povest), "Qanun" nəşriyyatı, Bakı – 2018.
- Anna Şmit "Cip və Yanika" (uşaq ədəbiyyatı), "Qanun" nəşriyyatı, Bakı-2018.
- Vilyam Qoldinq, "Milçəklər Kralı"; "Qanun" nəşriyyatı, Bakı-2018.
Yaradıcılığı haqqında deyilənlər
Yazıçının "Ad oğrusunun adı" romanı milyon suala bir cavabdır; sərrast və düzgün cavabdır. 9 aprel 2015-ci il tarixli "Xalq qəzeti" yazır: "Yenicə çapdan çıxmış bu kitabda Qafqazdakı qədim torpaqlarımızı, maddi və mənəvi varidatımızı güclü himayədarlarının köməyiylə ələ keçirmiş ermənilərin ad oğrusuna çevrilmələrinin anatomiyası bədii-elmi spektrdə oxuculara təqdim olunur."[20]
Başqa bir qəzet – "Qarabağa aparan yol" qəzeti 18 iyul 2015-ci il sayında yazılır ki, bu kitabda yazıçının məqsədi Azərbaycan ərazisinin xəritəsini bədii düşüncə fonunda cızmaqdan ibarətdir.[21]
8 avqust 2015-ci il tarixli "Azərbaycan müəllimi" qəzetində "Erməni saxtakarlığını ifşa edən daha bir əsər" adlı məqalə dərc olunub. Məqalədə deyilir: "Yazıçı Ramiz Abbaslı təkzibolunmaz faktlarla, qədim səlnaməçilərin, tarixçi alimlərin və şairlərin əsərlərinə istinadən yazır ki, müxtəlif dövlətlərin ərazilərinə səpələnib yaşayan ermənilər sərgədan həyat sürərək heç vaxt özlərinə dövlət qura bilməmişlər. Rus çarlarının, sonralar isə bolşevik rəhbərliyinin himayəsiylə erməniləri xarici ölkələrdən yığıb-yığışdırıb Azərbaycanın qərbinə və Qarabağa köçürüblər. Ayaqları yer alan ermənilər xarici himayədarlarından hər cür dəstək alaraq, tarixdə ilk dəfə dövlət qura bildilər. O dövlətin paytaxtı Azərbaycan şəhəri İrəvan oldu…" Məqalə müəllifi hesab edir ki, "Ad oğrusunun adı" romanı yeni və maraqlı faktlarla zəngindir, bu kitabdan orta məktəb şagirdləri bir dərs vəsaiti kimi də istifadə edə bilərlər.[22]
27 avqust 2015-ci il tarixli "Azərbaycan" qəzeti yazır: "Əsərdə erməni tarixinin necə uydurulduğu, onun mahiyyət və məna saxtakarlığı, yox yerdən var olmağa can atan erməni istəyinin tarixi faktlar qarşısında əsassızlığı ortaya qoyulur. Kitabda son beş yüz ilə, eləcə də miladdan öncəki minilliklərə istinadlar var…"[23]
23 avqust 2015-ci il tarixli "Respublika" qəzeti yazır: "Müəllif xalqına dəfələrlə arxadan dəfələrlə zərbə vuran qarı düşməni tanıdır. Tarixini öz xalqına göstərə bilmək ən böyük xidmətdir." "Azadlıq" qəzeti yeni nəşrlər rubrikasında "Ad oğrusunun adı" kitabını "yalançı erməni tarixinə elmi faktlarla cavab verən ən dəyərli əsər" kimi təqdim edir…[24]
Rusiyanın "Субкультура" portalındakı "Грани иной культуры" (Özgə mədəniyyətin hüdudları) adlı məqalədə deyilir:"Xalqlar və mədəniyyətlər fərqlidi, – heç kim bunu inkar etmir. Lakin bu müxtəlifliyi sözlə ifadə etmək asan iş deyil. Belə bir yükün altına girmək isə yazıçı üçün şərəf işidir. Əgər yazıçı öz işini R.Abbaslı kimi, istedad nümayiş etdirərk uğurla başa çatdıra bilirsə, bu, artıq xüsusi qeyd olunmalıdır."[25] Həmin portaldakı "Источник сюжета — жизнь" (Süjetin mənbəyi həyatdır) adlanan başqa bir yazıda isə deyilir: "Ramiz Abbaslının hekayələrində süjet qeyri-adidir, detallara göstərilən diqqət və təsvir olunan hisslərin dərinliyi isə möhtəşəmdir."[26]
F.M.Dostoyevskinin 200 illiyinə həsr olunmuş "Самому себе не лгите" adlı ədəbiyyat toplusunda Ramiz Abbaslının yaradıcılığına həsr olunmuş məqalənin müəllifi yazır:"Təcrübəli qələm ustası Ramiz Abbaslı kiçik hekayə janrının formasından istifadə edərək, həmvətənlərinin məişətini təsvir edir, onların keçirdiyi hisslərin – sevgi, qısqancılıq, dostluq, rəqabət, kədər, sevinc, ümidsizlik… – mükəmməl spektrini yaradır."[27]
Dünya ədəbiyyatı klassiklərinin ənənələrini yaradıcı şəkildə inkişaf etdirən R.Abbaslı prozanın ən çətin janrı olan kiçik hekayədə ideal struktur yaratmaq üçün yorulmadan çalışır və əhəmiyyətli sayıla biləcək uğur əldə edib.[28]
Təltif və mükafatlar
- "Ədəbi Uğur" mükafatı – 1996;
- LiFFt – 2019 Beynəlxalq Avrasiya Ədəbiyyat Müsabiqəsinin Diplomu – 2019;
- M.Y.Lermontovun xatirəsinə həsr olunmuş Beynəlxalq Ədəbiyyat Müsabiqəsində nəsr nominasiyası üzrə qalib gəlmiş iştirakçıya verilən Diplom və Qızıl Medal – 2019;
- "London Mükafatı" – Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin Diplomu (final mərhələ) – 2021;
- "Vladimir Nabokov adına Mükafat" Beynəlq Ədəbiyyat Müsabiqəsinin Diplomu (final mərhələ) – 2021;
- "Beynəlxalq Sülh Mükafatı" Ədəbiyyat Müsabiqəsinin Diplomu (final mərhələ)" – 2021;
- Beynəlxalq Elm və Sənət Akademiyasının təsis etdiyi "Alfred Nobel adına Qızıl Medal Diplomu" – 2021;[29]
- "Ədəbiyyat sahəsində əldə etdiyi böyük uğurlara görə" – Müqəddəs Anna Ordeni (Rusiya Federasiyası) – 2021.
İstinadlar
- Портал Субкультура (sub-cul.ru), «Рецензия на творчество Рамиза Аббаслы»
- «Современник». Спецвыпуск, посвященный 75-летию Победы в Великой Отечественной войне. Москва - 2020
- «Песня слепого», Москва - 2019
- Literary magazine “Russian Bell”, Nizhni Novgorod - 2020
- "Песня слепого", Москва — 2019
- "Вокруг света", литературный сборник № 1. Москва — 2020
- Томас де Ваал, "Черный сад. Армения и Азербайджан между миром и войной. Москва — 2003
- "Xalq qəzeti", 09 aprel 2015-ci il
- Томас де Ваал, "Черный сад. Армения и Азербайджан между миром и войной. Москва — 2003
- "Xalq qəzeti", 09 aprel 2015-ci il
- "Qrabağ dünən bu gün və sabah"(məqalələr toplusu), Bakı — 2010
- "azyb.az" saytı
- "Ədəbiyyat qəzeti", 29 avqust 2015-ci il
- "Ədəbiyyat qəzeti", 15 avqust 2015-ci il
- Рамиз Аббаслы. “Низами Гянджеви тюркский поэт”. Баку – 2021г.
- Вышка (газета). 11 марта 2022 г.
- Альманах "Российский колокол", Москва — 2018, четвертый выпуск.
- “Зеркало” газета, 20 февраль 2010; «Шедевры мировой литературы на азербайджанском языке»
- Портал Субкультура(sub-cul.ru), «Интервью с Рамизом Аббаслы»
- "Xalq qəzeti", 09 aprel 2015-ci il.
- "Qarabağa aparan yol" qəzeti 18 iyul 2015-ci il.
- "Erməni saxtakarlığını ifşa edən daha bir əsər", "Azərbaycan müəllimi" qəzeti, 8 avqust 2015-ci il.
- "Azərbaycan" qəzeti, 27 avqust 2015-ci il.
- "Respublika" qəzeti, 23 avqust 2015-ci il.
- Портал Субкультура(sub-cul.ru), «Рецензия на творчество Рамиза Аббаслы»
- Портал Субкультура(sub-cul.ru), «Интервью с Рамизом Аббаслы»
- «Самому себе не лгите», литературный сборник, посвященный 200-летию Ф.М.Достоевского, том первый. Cанкт-Петебург - 2021
- «Отражение.XXI век.» Один, но рядом с кем-то… Сборник номинантов на Премию имени Сергея Довлатова. Москва - 2020
- Alfred Nobel adına Qızıl Medal Diplomu