Ramiz Əskər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü.
Ramiz Əskər | |
---|---|
Doğum tarixi | 10 yanvar 1954 (70 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Solmaz Əskər |
Uşaqları | Leyla Əskər, Ayla Əskər, Atilla Əskər |
Atası | Baxşəli |
Fəaliyyəti | tərcüməçi |
İlk əsəri | iqlimdən iqlimə, təqvimdən təqvimə |
Mükafatları |
Həyatı
Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978).
Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.
Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir.
Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).
Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilmişdir.[1]
15 Yanvar 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Evlidir, üç övladı var.
Türkcə, rusca, almanca və ermənicə bilir.
Əsərləri
- İqlimdən-iqlimə, təqvimdən-təqvimə. Bakı, İşıq, 1987,104 s.
- Qutadğu bilig. Bakı, Elm, 2003, 320 s.
- M.K.Atatürk TBMM’in banisidir. Bakı, Milli Məclisin mətbəəsi, 2003, 26 s.
- Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2008, 432 s.
- Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici. Bakı, MBM, 2008, 96 s.
- Mahmud Kaşğarinin «Divanü lüğati-it-türk əsəri üzrə biblioqrafik və qrammatik göstərici. Bakı, MBM, 2008, 192 s.
- Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2009, 532 s.
- Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin tədrisi. Bakı, MBM, 2010, 112 s.
- Tük xalqları ədəbiyyatı oçerkləri. Bakı, MBM, 2011, 320 s.
- Orxon abidələri. Bakı, Elm və təhsil, 2012, 272 s.
Tərcümələri
- Azərbaycan Masalları. Bakı, Yazıçı, 1982, 196 s.
- M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1991, 248 s.
- Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992, 432 səhifə. ISBN 5560005118
- Yusif Balasağunlu. Qutadğu bilig. Bakı, Azərnəşr, 1994, 492 s.
- Murad Tağı. Həyatım. Bakı, Oka Ofset, 1998, 92 s.
- Erik Fichtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, AJB, 2002, 192 s.
- Bahəddin Ögəl. Türk mifologiyası. Bakı, Səda, 2004, I cild, 626 s.
- Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild, 512 s.
- Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s.
- Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s.
- Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752 s.
- N.Ozerov. İlham Əliyev: Mən Azərbaycanıma inanıram. Bakı, Azərnəşr, 2007, 376 s.
- Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, I том, 512 с.
- Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, II том, 400 с.
- Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, III том, 492 с.
- Oraz Yağmur. Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.
- XX əsr özbək şeiri antologiyası. Bakı, MBM, 2009, 96 s.
- Molla Nəfəs. Bu məqana gəlmişəm. Bakı, MBM, 2010, 160 s.
- Molla Nəfəs. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 240 s.
- Todur Zanet. Ana dilim. Bakı, MBM, 2010, 104 s.
- Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 448 s.
- Türk ədəbiyyatı tarixi. Bakı, MBM, 2010, I cild, 602 s.
- Türk ədəbiyyatı tarixi. Bakı, MBM, 2010, II cild, 658 s.
- Nurməhəmməd Əndəlib. Şeirlər. Poemalar. Dastanlar. Bakı, MBM, 2011, 292 s.
- Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 328 s.
- Sultan Hüseyn Bayqara. Divan. Bakı, MBM, 2011, 248 s.
- Abdulla Tukay. Millətim. Bakı, MBM, 2011, 268 s.
- Abdulla Tukay. Seçilmiş əsərləri. Bakı, Nağıl evi, 2011, 268 s.
- Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s.
- Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı, BXQR, 2011, 432+32 s.
- Qurbanqulu Berdimühəmmədov. Axaltəkə atı – iftixarımız və şöhrətimiz. Bakı, CBS, 2011, 232 s.
- Türkmən şeiri antologiyası. Bakı, MBM, 2011, 400 s.
- Abdulla Şahbəndə. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 104 s.
- Türkmən müəmmaları, deyişmələri və vücudnamələri. Bakı, MBM, 2011, 128 s.
- Monqolların gizli tarixi. Bakı, MBM, 2011, 360 s.
- Əli Ağbaş. Seçilmiş şeirləri. Bakı, Elm və təhsil, 2011, 150 s.
- Bəkir Çobanzadə. Seçilmiş şeirləri. Bakı, Nurlan, 2011, 160 s.
- Bəkir Çobanzadə. Seçilmiş bədii əsərləri. Bakı, BXQR, 2012, 240 s.
- Dövlətməmməd Azadi. Seçilmiş əsərləri. Bakı, BXQR, 2012, 264 s.
- Faruq Sümər. Oğuzlar (Türkmənlər). Bakı, BXQR, 2013, 456 s.
- Qleb Qolubev. Uluğbəy (çap prosesindədir).
İstinadlar
- İlham Əliyev. "R.B.Əskərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2014-01-13. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.