Ramiyan
Ramiyan — İranın Gülüstan ostanında şəhər. Həm də Ramiyan şəhristanının mərkəzidir.
Ramiyan | |
---|---|
37°00′58″ şm. e. 55°08′28″ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
Ramiyan şəhəri XVII əsrin əvvəllərində, I Şah Abbasın dövründə salınmışdır[2]. Tarixçi Abdulhəmid Cəfəriyanın sözlərinə görə, qızılbaş tayfaları bu əraziyə XVI əsrin sonu, XVII əsrin əvvəllərində I Şah Abbas tərəfindən Azərbaycanın Qarabağ, Lənkəran, Şirvan, Naxçıvan, Urmiya və digər bölgələrindən köçürülüblər[2]. Tayfaların köçürülməsinin bir neçə səbəbi olub[2]. Belə ki, həmin dövrdə Gülüstan vilayəti Səfəvi dövlətinin şimal-şərq sərhədlərində yerləşirdi və mütəmadi hücumlara məruz qalan yer idi[2]. I Şah Abbasın qızılbaş tayfalarını bu əraziyə köçürməkdə məqsədi də məhz həm bu torpaqları yadelli hücumlarından qorumaq, həm də yerlərdə baş qaldıra biləcək hər hansı ixtişaşın qarşısını vaxtında almaq olmuşdur[2]. Digər tərəfdən bu ərazilərə köçürülən qızılbaşlar idarəçiliyi də öz əllərinə almışlar[2].
Əhalisi
2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,719 nəfər və 2,831 ailədən ibarət idi[3].
Əhalisinin əksəriyyəti qəraylılardan ibarətdir və xorasan-türk dilində danışırlar.
Tarixi abidələri
Şəhərdə 4 min ev var ki, onların da bəzilərinin yaşı 100-ü keçir[2].
İstinadlar
- جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- Ramiyan qızılbaşları (Səfərnamə) Arxivləşdirilib 2016-10-14 at the Wayback Machine. apa.tv, 25.04.2015 (az.)
- ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-29.