Ramin Quluzadə

Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri,[1] Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021).[2][3]

Ramin Quluzadə
bayraq
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
bayraq2
Vəzifədədir
26 yanvar 2021-ciildən
ƏvvəlkiOqtay Şahbazov
13 fevral 2017 26 yanvar 2021
Əvvəlkivəzifə təsis edilib
SonrakıRəşad Nəbiyev
15 yanvar 2016 13 fevral 2017
ƏvvəlkiƏli Abbasov
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1977(1977-02-01) (47 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti məmur

Təltifləri "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var.

1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirmişdir.

Rus və ingilis dillərini bilir.

Karyerası

2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərmişdir. 2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2021-ci ilin yanvarın 26-da vəzifəsindən azad edilmişdir. Həmin gün, Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.[1]

Təltif və mükafatlar

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.