Ramin Məmmədov (siyasətçi)
Ramin Ələmşah oğlu Məmmədov (17 fevral 1979, Mardakert, DQMV) — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2024-cü ildən), Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini (2016–2020), Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs (2023-cü ildən).
Ramin Məmmədov | |
---|---|
Vəzifədədir | |
8 aprel 2024-cü ildən | |
Əvvəlki | Mübariz Qurbanlı |
10 mart 2020 – 8 aprel 2024 | |
Seçki dairəsi | 2020 — 64 saylı Sabirabad ikinci |
Əvvəlki | Rüstəm Xəlilov |
12 may 2016 – 9 mart 2020 | |
Sədr | Nazim İbrahimov Fuad Muradov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1979 (45 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Ramin Məmmədov 17 fevral 1979-cu il tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Ağdərə şəhərində doğulmuşdur. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirmişdir.
Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləmiş, 2008–2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009–2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır.
İngilis və rus dillərini bilir. Evlidir, 1 övladı var.
Siyasi fəaliyyəti
Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli 2040 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.[1]
Ramin Məmmədov 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq deputatlığa namizəd olmuşdur.[2] O, seçkilərdə 12 677 səs[3] və ya ümumi səslərin 56,2%-ni toplayaraq[4] deputat seçilmişdir.
Ramin Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il tarixli 1908 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunmuşdur.[5]
Hal-hazırda Ramin Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. O həmçinin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.
Ramin Məmmədov 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib.[6] Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.[7]
Ramin Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında Partiya İdarə Heyətinin üzvü seçilmişdir.[8]
Mükafatları
Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2012-ci il tarixli 2334 nömrəli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[9]
Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[10]
İstinadlar
- "R. Ə. Məmmədovun Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- "64 SAYLI SABİRABAD İKİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2022-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- "Arxivlənmiş surət". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- "Arxivlənmiş surət". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- "R. Ə. Məmmədovun Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- "Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb - AZƏRTAC".
- "R.Ə.Məmmədovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-04-08.
- "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
- "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.