Ramin Hacıyev
Ramin Hacıyev (29 dekabr 1976, Kirovabad) — Azərbaycan rejissoru, ssenari müəllifi, aktyor.
Ramin Hacıyev | |
---|---|
Doğum tarixi | 29 dekabr 1976 (47 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Uşaqları | Ləman Hacıyeva, Vəsilə Hacıyeva |
Atası | Zahid Hacıyev |
Anası | Tahirə Namazova |
Fəaliyyəti | aktyor, rejissor, ssenarist |
Təhsili |
|
İstiqamət | Komediya |
Mükafatları |
Həyatı
Ramin Hacıyev 1976-cı ildə Gəncədə anadan olmuşdur. 1983–1994-cü illərdə 18 saylı orta məktəbi, 1995–2000-ci illərdə Qafqaz Universitetinin "Biznes üzrə menecer" fakültəsini, 1999–2000-ci illərdə Türkiyənin İstanbul Kültür Universitesinin "Cinema Academy"nin Kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejssoru və müəllifidir.
Mükafatları
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]
Filmoqrafiya
- Toy (film, 2005) — Cabbar
- Ailəm (film, 2006)
- Qonşular (film, 2006) — Əfsələddin
- Milçək (film, 2006) — Qədeş
- Koma 0,1 saniyədə (film, 2007)
- Bacanaqlar (teleserial, 2009) — Məhəbbət
- Qız atası (teleserial, 2014)
- Səfərin ailəsi (teleserial, 2014) — Baloğlan
- Qardaşlar (teleserial, 2015)
- Kişi sözü (teleserial, 2015)
- Ailəcanlı (teleserial, 2017)
- Xalxın evi (teleserial, 2017)
- Ay yay yay (teleserial, 2018)
- Mən kiməm? (Teleserial, dram, 2021)
- Yaxşı olar (Teleserial, 2021–2022)
İstinadlar
- President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-07-31. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.