Ramin Bayramlı
Ramin Baba oğlu Bayramlı (20 noyabr 1979, Toxluca, Krasnoselsk rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İdarə Heyətinin sədri (2 dekabr 2019-cu il — 12 sentyabr 2021-ci il)[1][2], Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru.[3] Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının müəllimidir (3 fevral 2023-cü ildən)[4].
Ramin Bayramlı | |
---|---|
Doğum tarixi | 20 noyabr 1979 (44 yaş) |
Doğum yeri | |
Elmi adı | |
İş yerləri |
|
Mükafatları |
Həyatı
Ramin Bayramlı 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb. 2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu il Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib[5].
Ailəlidir, 4 övladı var.
Əmək fəaliyyəti
2001–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2005–2010-cu illərdə həmin kafedranın assistenti, 2010–2013-cü illərdə baş müəllimi işləyib. 2011–2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013–2016-cı illərdə həmin klinikanın baş həkimi, 2018–2019-cu illərdə Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb[5]. 2013–2016-cı illərdə ATU-nun Tədris-Terapevtik klinikasında işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və Klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub. Bundan başqa ATU-nun Tədris Terapevtik, Tədris Cərrahiyyə, Onkoloji klinikalarında tam avtomatlaşdırılmış tibbi laboratoriyalarının qurulmasına rəhbərlik edib. Ölkəmizdə ilk dəfə olaraq, artıq mütəmadi keçirilən rezidentlərin elmi konfranslarının təşkilinə nail olub.[3]
ATU Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında fəaliyyəti
Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında elektron tədris vəsaitləri hazırlanıb. Tibbi Mikrobiologiya və İmmunologiya kafedrası[6] ATU-da elektron mühazirələrin tətbiq olunduğu ilk kafedralardan olub. Kafedranın yeni Elmi-tədqiqat laboratoriyaları yaradılıb. Kafedrada ilk dəfə olaraq bir sıra cərrahi infeksion ağırlaşmaların törədicisi olan spora əmələ gətirməyən obliqat anaeorob bakteriyaların kultivasiya və identifikasiyası aparılıb, immunoloji tədqiqatlarda ELISA testləri tətbiq olunmağa başlayıb. Kafedra əməkdaşları ilə birlikdə Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai birliyi təsis edilib[6]. 2009-cu ildə min nəfərdən çox yerli mütəxəssisin iştirakı ilə beynəlxalq konqres keçirilib[7]. Tibbi Mikrobiologiya və İmmunologiya fənni üzrə rezidenturaya qəbul imtahanı[8] üçün sual bankı yaradılıb. Kafedrada ilk dəfə Klinik Mikrobiologiya bölməsinin tədrisinə başlanılıb[9]. Tələbələr xəstələrdən əldə edilmiş real patoloji materiallarla işləyərək xəstəliklərin diaqnozunun təyin edilməsi vərdişlərini öyrənməyə başlayıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik şurasının "Tibbi-nəzəri" bölməsinin 09.07.2010-cu il tarixli (protokol N 48) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 02.07.2010-cu il 14 saylı qərarı ilə tibb universitetlərinin tələbələri üçün iri həcmli fundamental dərslik yazılıb. Dərsliyin yenidən işlənmiş ikinci nəşri 2019-cu ildə çapdan çıxıb və 500 nüsxə dərs kitabı ATU-nun əsaslı kitabxanasına hədiyyə edilib.
Tibb universitetlərinin tələbələri, həkim-rezidentlər və laborantlar üçün Klinik Laborator Diaqnostika adlı iri həcmli dərs vəsaiti yazılıb[10], Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 15 fevral 2017-ci il, 08 saylı qərarı ilə nəşr edilib[11].
ATU Tədris Terapevtik Klinikasında fəaliyyəti
Azərbaycanda ilk dəfə tam avtomatlaşdırılmış Klinik-diaqnostik laboratoriya yaradılıb[12]. Avtomatlaşdırılmış hemokultura, identifikasiya və antibiotiklərə həssaslıq sistemləri ilə təchiz olunmuş Klinik Mikrobioloji laboratoriya fəaliyyətə başlayıb. Pasiyentlər üçün Klinikada aparılan müayinələrin nəticələrinin veb portaldan əldə edilməsi təmin edilib. Universitet tarixində ilk dəfə Tədris Klinikasında fəaliyyət göstərən 6 terapiya şöbəsinin bazasında yeni şöbələr yaradılıb (Ürək-damar Mərkəzi[13], Hematologiya[14], Pulmonologiya[15], Nefrologiya[16], Qastroentrologiya[17], Revmatologiya[17], Endokrinologiya)[18]. Bununla da Klinika çoxprofilli Universitet Xəstəxanasına çevrilib.
Klinikada rezidentura təhsilinin yeni modeli tətbiq olunmağa başlayıb. Klinikanın bütün şöbələrində həkim-rezident otaqları yaradılıb, gənc mütəxəssislərin nüfuzlu beynəlxalq elektron kitabxanalara daxil ola bilməsi təmin edilib. Həkim rezidentlər Klinikanın müalicə-diaqnostika fəaliyyətinə yaxından cəlb edilib. Yuxarı kurs rezidentlərə bu istiqamətdə sərbəstlik verilib, onların aylıq məcburi növbə sistemi təşkil olunub[19]. Bununla da hazırlanan həkim mütəxəssislərin praktik vərdişlərə yiyələnməsində ciddi dönüş yaranıb.
Ölkə tarixində ilk dəfə Azərbaycan Tibb Universiteti Rezidentlərinin Elmi Konfransı (ATUREK) keçirilib. Hazırda bu Konfranslar hər il ənənəvi olaraq may ayında keçirilir və Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunur[20]. Rezidentlərin elmi tədqiqatlarını özündə əks etdirən illik ATUREK elmi toplusu nəşr olunub. Gənc tədqiqatçıların ən yaxşı şifahi və poster məruzələri ilə çıxışlarının təşviqi üçün mükafatlandırma sistemi tətbiq olunub.
Ölkədə ilk dəfə olaraq Xəstəxana İdarəetmə Sistemi (XİS), Laboratoriya İdarəetmə Sistemi (LİS), Görüntü arxivləmə və rabitə sistemi (Picture archiving and communication system — PACS) tətbiq olunmaqla tam elektronlaşmış xəstəxana yaradılıb. Xəstəlik tarixləri və ambulator qəbul kartlarının kağız forması ləğv edilib, elektron formaya keçilib. Dərman və tibbi sərflərin depolanması və dövriyyəsi tam elektronlaşdırılıb.
Xəstəxanada İnfeksiya Nəzarət Komitəsi yaradılıb, bu istiqamətdə ölkənin digər tibb müəssisələri üçün təlimlər keçirilib[21]. Tədris Terapevtik Klinika ilə Türkiyə Respublikasının müxtəlif Universitet Klinikaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Klinikada təhsil alan rezidentlərin əksəriyyəti 3–6 ay müddətinə təhsil rotasiyasına göndərilib[22][23].
Talassemiya Mərkəzində fəaliyyət
Talassemiyya Mərkəzin[24] Tibbi Xidmətləri tamamilə elektronlaşdırılıb. Mərkəzdə tibbi sənədləşmənin elektronlaşdırılması diaqnozların təyinində, dərman və tibbi sərfiyyatın dövriyyəsində şəffaflığı təmin edib. Mərkəzdə bütün tibbi laboratoriyaların, o cümlədən sümük iliyi[25] transplantasiyası icra olunan xəstələrin müalicəsi üçün xüsusi əhəmiyyət kəsb edən Klinik Mikrobioloji Laboratoriyanın[26] fəaliyyəti təmin edilib. Mərkəzdə ölkə tarixində ilk dəfə olaraq, sekvenləşdirmə, yeni nəsil sekvenləşdirmə və sitogenetika laboratoriyaları yaradılıb.[27]. Azərbaycanın beynəlxalq gen banklarına əlçatanlığı təmin edilib. Bu məqsədlə laboratoriyalar nüfuzlu Qiagen[28] şirkəti tərəfindən xüsusi serverlə təchiz edilib. Mərkəzdə ən müasir standartlara uyğun immunofluorossesnsiya laboratoriyası[26] yaradılıb. Hazırda bu laboratoriyalarda yüzlərlə hematoloji, onkoloji, irsi xəstəliklərin genetik və immunoloji diaqnozunu təyin etmək, orqan və toxumaların transplantasiyası üçün toxuma uyğunluğu analizlərini aparmaq mümkündür. Həmçinin bu laboratoriyalarda bütün mikroorqanizmlərin, o cümlədən təhlükəli virus və bakteriyaların genetik tiplərini, mutasiyaya uğramış ştammlarını təyin etmək mümkündür. 2021-ci ildə ölkə tarixində ilk dəfə olaraq bu laboratoriyalarda COVID19 xəstəliyinin törədicisi olan SARS Cov-2 viruslarının ölkəmizin ərazisində yayılan genetik tipləri və mutasiyanın varlığı araşdırılıb, əldə olunmuş nəticələr beynəlxalq gen bankına daxil edilib.
Mərkəzdə ən müasir yüksək texnologiyaların tətbiq olunduğu Hematologiya, Hemostaz, Axın Sitometriyası, İmmunelektroforez laboratoriyaları[26] yaradılıb.
2019-cu il Mayın 22-də ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş 1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilib.[29] Konqresə 23 ölkədən 50—yə yaxın xarici mütəxəssis məruzəçi kimi dəvət olunub, 2000—dək yerli mütəxəssis iştirak edib, konqresin elmi toplusu nəşr edilib. Heydər Əliyev Mərkəzində keçirilən konqresin açılışında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva iştirak edib.
Talassemiya Mərkəzi ilə Türkiyə Respublikasının aparıcı Universitet Klinikaları arasında hematologiya və sümük iliyi sahəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Mərkəzin tibbi personalının əksər hissəsi, o cümlədən burada təhsil alan rezidentlər uzunmüddətli təcrübə kurslarına göndərilib. Türkiyədən, Avropadan, Amerikadan, Rusiyadan, İsraildən dəvət olunmuş professorların[30] iştirakı ilə dəfələrlə tibb işçiləri üçün elmi-praktik seminarlar[31], xəstələr üçün konsultasiya və konisilumlar təşkil olunub.
2018-ci ildən sonra Talassemiya Mərkəzinin ölkədə hələlik yeganə olan sümük ilyi transplantasiyası şöbəsində həyata keçirilən bütün transplantasiya əməliyyatları xarici mütəxəssislər dəvət edilmədən, Mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirilir.[32]
Mərkəzdə beynəlxalq standartların tətbiqi istiqamətində əldə edilmiş müsbət təcrübənin tətbiq miqyasının genişləndirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 23 dekabr tarixli fərmanı ilə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşərək yenidən təşkili yolu ilə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb[33][34].
Siyasi-ictimai fəaliyyəti
Gənc vaxtlarında Ramin Bayramlı tələbəlik illərində — 1998–2001-ci illərdə ATU-nun tibbi profilaktika və tibbi biologiya fakültəsi gənclər təşkilatının sədri kimi universitetin ictimai həyatında fəal iştirak edib, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilən ATU-nun 70 illik yubileyinə[35] həsr olunmuş Beynəlxalq Konfransın aparıcısı olub. Tələbəlik illərində ATU-nun mətbu orqanı olan "Təbib qəzeti"ndə[36] dövri olaraq şeirləri və məqalələri çap olunub. Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin (TMİİB) təsisçilərindən biri, 2009 və 2013-cü illərdə TMİİB-in Bakı şəhərində təşkil etdiyi genişmiqyaslı beynəlxalq konqreslərin elmi katibi, Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir[37]. 2019-cu ildə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan 1-ci Beynəlxalq Hematologiya Mütəxəssisləri" Konqresinin elmi katibi olub. Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi bir sıra layihələrin icrasında iştirak edib.[3]
Elmi fəaliyyəti
2007-ci ildə "Ətrafların odlu silah yaralarının mikrobioloji xarakteristikası"[5] mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, 2013-cü ildən bu günə kimi ATU-nun dosenti[5] kimi fəaliyyətini davam etdirir. Hal-hazırda "Nozokomial infeksiya törədicilərinin molekulyar-genetik xarakteristikası"[38] mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
100-dən çox elmi məqalənin, 1 metodik tövsiyənin, "Klinik Laborator Diaqnostika"[11] adlı dərs vəsaitinin (298 s) və "Tibbi Mikrobiologiya, İmmunologiya və Klinik mikrobiologiya"[39] adlı dərsliyin (755 s) müəllifidir.
Dövlət İmtahan Mərkəzinin ekspertidir.
Təltiflər
- — 14 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "TƏBİB-dən istefa verən Ramin Bayramlı harada işləyir?". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- "Arxivlənmiş surət". 2020-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "Arxivlənmiş surət". 2020-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2019-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "Arxivlənmiş surət". 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- https://www.youtube.com/watch?v=pBbb1CgTBHI
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2017-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
- "Arxivlənmiş surət". 2021-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- "Arxivlənmiş surət". 2020-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- https://www.amu.edu.az/az/cafedra/34/812/463?cafedra=467&cafedra_s=472%5B%5D
- "Arxivlənmiş surət". 2019-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.