Ramin İbrahimov
Ramin İbrahim oğlu İbrahimov (2 iyul 1978; İcevan, Ermənistan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarında qalibi olub.
Ramin İbrahimov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Ramin İbrahim oğlu İbrahimov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | İcevan, Ermənistan SSR |
İdman növü | Cüdo |
Həyatı
Ramin İbrahimov 1978-ci il iyulun 2-də İcevan şəhərində anadan olub.
Karyerası
Ramin İbrahimov 2006-cı ildə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2007-ci ildə isə Ramin İbrahimov, həm Avropa Çempionatının, həm də Ümumdünya Oyunlarının qalibi oldu.
Ramin İbrahimov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Ukrayna nümayəndəsi İqor Zasyadhoviçi ipponla, 1/4 final mərhələsində Rusiya nümayəndəsi Səid Şahanova da ipponla qalib gələn Ramin İbrahimov, 1/2 final mərhələsində Əlcəzair nümayəndəsi Mövlud Nuraya məğlub oldu və Paralimpiada da mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Ben Kulter oldu. Həmin görüşdə rəqibini ipponla məğlub edən Ramin İbrahimov, XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.
2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qızıl medalına sahib olan Ramin İbrahimov, 2010-cu ildə Dünya Çempionatını, 2011-ci ildə isə Ümumüünya Oyunlarını bürünc medallarla başa vurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Ramin İbrahim oğlu İbrahimov "Tərəqqi" medalı ilə təltif edildi.[1]
Ramin İbrahimov 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Cənubi Koreya nümayəndəsi Min-Ya Liya, 1/4 final mərhələsində isə Fransa nümayəndəsi MKevin Villemonta qalib gələn Ramin İbrahimov, 1/2 final mərhələsində Yaponiya nümayəndəsi Tahaahi Hiraini məğlub elədi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Xiandon Li oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Ramin İbrahimov, XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Ramin İbrahim oğlu İbrahimov "Şöhrət" ordeni ilə təltif edildi.[2]
Ramin İbrahimov 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) Avropa Çempionatının gümüş medalına sahib oldu.
Ramin İbrahimov 2016-ci ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Argentina nümayəndəsi Eduard Qautoya ipponla, 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Aunuar Sarıyeva da ipponla qalib gələn Ramin İbrahimov, 1/2 final mərhələsində Özbəkistan nümayəndəsi Şerzod Nomozova məğlub oldu və Paralimpiada da mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Monqolustan nümayəndəsi Uqanxu Bolorma oldu. Həmin görüşdə rəqibini ipponla məğlub olan Ramin İbrahimov, XV Yay Paralimpiya Oyunlarının beşinci pillədə başa vurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Ramin İbrahim oğlu İbrahimov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
İstinadlar
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycanın paralimpiya idmançılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.