Ramaz Şengeliya adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion.
Ramaz Şengeliya stadionu | |
---|---|
Tam adı | Ramaz Şengeliya adına stadion |
Yeri | Kutaisi, Gürcüstan |
Təməli qoyulub | 1950 |
Açılış tarixi | 1957 |
Sahibi | Torpedo Kutaisi |
Tamaşaçı tutumu | 12.000 |
Ev sahibi komanda | Torpedo Kutaisi |
Ot örtüyü | ot |
Tarixi və haqqında
Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur.
Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur. 2015-ci ildə stadiona Ramaz Şengeliyanın adı verilmişdir.
Həmçinin bax
Xarici keçidlər
- Stadiumdb.com saytında
- Worldstadiums.com saytında Arxivləşdirilib 2015-07-08 at the Wayback Machine
- Soccerway saytında
- Torpedo Kutaisi klubunun saytında Arxivləşdirilib 2013-05-09 at the Wayback Machine