Ramal İsrafilov

Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar.

Ramal İsrafilov
Ümumi məlumatlar
Doğum adı Ramal Əlyaqub oğlu İsrafilov
Doğum tarixi
Doğum yeri Şamaxı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, bəstəkar
Fəaliyyət illəri 1993-
Janr Pop
Musiqi aləti Piano
Təhsili
  • Bülbül adına Orta İxtisas Musiqi Məktəbi[d]

Həyatı

İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib.[1] 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.[1]

1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.[1]

2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birğə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərdi. 2009-cu ildə solo karyerasına start verib və hal-hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.