Rakhi Gülzar

Rakhi Gülzar (15 avqust 1947[1], Ranaqxat[d]) 15 avqust 1947-ci ildə Hindistanda anadan olub. Əsasən hind dilində olan filmlərdə rol alıb. Təxminən 50 il ərzində 100-ə yaxın filmdə oynayıb. “Ən yaxşı qadın rolu”na görə HindistanınFilmfare Awards” milli mükafatının laureatı olub. 16 dəfə “Filmfare” mükafatına namizəd olub və bu onu aktrisalar arasında ən çox mükafata layiq görülən qadın aktrisa kimi tanıdıb. Rakhi “Utancaq”(1971), “Məhəbbət həyatdır” (1976), “Keçmşin kölgəsində” (1977), “Anlayışsızlıq” (1978), “Kölgəli xoşbəxtlik” (1981), “Qan qohumluğu” (1983), “Sevginin gücü” (1984) “Əriyən buludlar” (1985) filmlərində Şaşi Kapurla çəkilib. Onun digər tərəf-müqabili Amitabh Baççan olub. Birlikdə “Məhəbbət həyatdır” (1976), “Taleyin allahı” (1978), “Andlar və vədlər” (1978), “Qisas” (1979), “Qara daş” (1979), “Bir yağışlı gecə” (1981) «Təkrarolunmaz” (1982) filmlərinə çəkiliblər. Rakhi həmçinin “Ram və Lakhan” (1989), “Ölümlə oyun” (1993), “Zalım” (1993), “Karan və Arcun” (1995) və “Sərhəd” (1997) filmlərində də iştirak etmişdir.

Rakhi Gülzar
benq. রাখী
Doğum tarixi 15 avqust 1947(1947-08-15)[1] (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1967–2003
Mükafatları İncəsənətdə xidmətlərinə görə Padma Şri
IMDb ID0347901
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. The International Who's Who of Women 2006. Routledge, 2005. ISBN 978-1-85743-325-8
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.