Raisa Əhmədova

Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928[1], Qroznı, RSFSR, SSRİ[1]29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlərinquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır.[2]

Raisa Əhmədova
çeç. Раиса Солтамурадовна Ахматова
Doğum tarixi 30 dekabr 1928(1928-12-30)[1]
Doğum yeri
Vəfat tarixi 29 yanvar 1992(1992-01-29) (63 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti şairə, jurnalist, yazıçı, publisist
Fəaliyyət illəri 1958-ci ildən
Əsərlərinin dili rus dili, Çeçen dili
Janr şeir
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.[3]

Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir. "Çeçen-İnquş xalq şairi" adını alan yeganə qadın şairədir. Çeçen ədəbiyyatında ilk dəfə qadın qəhrəmanları cəmiyyəti həyatına aktiv rol olaraq qatılan fərdlər olaraq göstərmişdir. "Ən bahalı" silsilə əsərində Əhmədova ana vətən, sülh cə dostluq haqqında yazmışdır. Kitabları bir çox SSRİ xalqının dilinə nəşr edilmişdir və bundan əlavə hind, ingilis, fransız, latışalman dillərinə tərcümə edilmişdir.

İctimai həyatda aktiv rol oynamışdır. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar İttifaqının (1961-1983) rəhbəri, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti (1963-1985) rəhbəri, CPSU XXII Konqresi nümayəndəsi, Dünya Ümumi Silahsızlanma və Sülh Konqresinin üzvü olmuşdur. Uzun illər Sovet Sülh Komitəsinin ən aktiv üzvlərindən biri olmuşdur. Həyatının son illərində Sovet Mədəniyyət Fondunun respublikaçı şöbəsinə rəhbərlik etmişdir.[4]

Bəzi araşdırmaçılar əsərlərinin bütün arxivinin Birinci Çeçen müharibəsi zamanı yox edildiyini irəli sürür.

Əsərləri

  • Хьоме республика (Республика родная) (1957)
  • Бей мне, ветер, в лицо (1959)
  • Иду к тебе (1960)
  • Трудная любовь (1963)
  • Откровение (1964).

Həmçinin bax

İstinadlar

  1. Ахматова Раиса Солтамурадовна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  3. The Chechens. Amjad Jaimoukha, 2005 Arxivləşdirilib 2017-04-24 at the Wayback Machine. - ISBN 978-0-415-32328-4
  4. "Raisa Ahmatova". encyclopedia2.thefreedictionary.com. 2020-09-30 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.