Rahim Sadıqbəyli
Rahim Telman Sadıqbəyli (Rahim Telman Sadigbayli) (25 iyun 1965, Lənkəran) — Rejissor. Ssenari müəllifi. Tv prodüser, Aktyor. Rejissor assistenti. İkinci rejissor.
Rahim Sadıqbəyli | |
---|---|
Rahim Telman oğlu Sadıqbəyli, Rahim Telman Sadiqbeyli | |
Digər adı | RTS |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran şəhəri |
Vətəndaşlığı | Azərbaycan, İsveç |
Uşaqları | Aydan, Əminə, Einar |
Atası | Telman |
Anası | Əminə |
Fəaliyyəti | Rejissor, TV prodüser, jurnalist |
Fəaliyyət illəri | 1985 |
Həyatı
1965-ci il iyun ayının 25-i Azərbaycanın Lənkəran şəhərində anadan olub. İlk təhsilini Lənkəran şəhər 1-nli orta məktəbdə 1972-82 ci illərdə alıb. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunun (Hal hazırda Mədəniyyət və İncəsənət universiteti) dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1983-85-ci illərdə hərbi xitmətdə olub. 1988-ci ildən 1993-cü ilə qədər Azərfilm kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb. 1989-91-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. 1993-1998-ci illərdə AzTV-də rejissor,1998-1999-cu illərdə ANS-də prodüser və efir rejissoru, 1999-2000-ci illərdə İnternews-də prodüser, 2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində çalışıb.2002-ci ildə Azərbaycanın "Bəyaz həyat" adlı ilk teleserialını çəkib. Həmin serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb. 2003-cü ildən İsveçdə yaşayır. 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüseri və 2011-ci ildən İctimai Bilik kanalı olan UR-də sujetlər prodüseri kimi fəaliyyət göstərib. Rahim Sadıqbəyli indi həm İsveçdə və həm də Azərbaycanda sənədli və bəddi filmlər çəkir. "Bir ümüddür yaşamaq" adlı kriminal romanın müəllifidir. Ailəlidir, Aydan, Əminə və Einar adlı 3 övladı var. Stockholm Azərbaycan Media Mərkəzinin və İnternational Media Grupun yaradıcısı və rəhbəridir.
Filmoqrafiya
- Doğma sahillər (film, 1989)
- Azadlığa gedən yollar (film, 1990)
- Qətl günü (film, 1990)
- Nakəs (film, 1991)
- Kənar adamlar (film, 1992)
- Qırmızı qatar (film, 1993)
- Onlar da insandır(1993, Türkiyə, Özbəkistan)
- Əzablı qurtuluş (film, 1993)
- Qisas günü (film, 1993)
- "Atikva" ümid deməkdir (film, 1994)
- Qara ney (film, 1994)
- Azərbaycan vətənimdir. Nisim Nisimov (film, 1994)
- İşğal (film, 1994)
- Hacı Arif (film, 1995)
- Novruz (film, 1995)
- Novruz bayramı (1998, internews)
- Azərbaycan jurnalistləri, internews (2000)
- 12-ci yolun sakinləri( 1998)
- Bəyaz həyat (film, 2003)
- Dünya dilləri-Världens språk(tv film serial, 2011)
- Işveç dili hamı üçün- Svenska till varje pris (tv film serial, 2015)
- Josefinin səması (Josefins himmel 2012)
- Ovçu (Jägaren 2012)
- Xarı bülbül əfsanəsi (The khari Bulbul legend 2022)
İstinadlar
https://www.imdb.com/name/nm7798121/
https://azertag.az/en/xeber/SERIAL_WHITE_LIFE_AWARDED_GRAND_PRIX-546835