Rahim Nuriyev

Nuriyev Rahim İbrahim oğlu (15 mart 1955, Lənkəran rayonu) — Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, tarixçi, müəllim.

Rahim Nuriyev
Nuriyev Rahim İbrahim oğlu
bayraq
Cəlilabad Rayonu İcra Hakimiyyətinin başçısı
bayraq2
1992 1993
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1955(1955-03-15) (69 yaş)
Doğum yeri
Fəaliyyəti tarixçi

Həyatı

Rahim Nuriyev 15 mart 1955-ci ildə Lənkəran rayonunun Darquba kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini Darquba və Kərgəlan məktəblərində alıb. Lənkəran pedaqoji məktəbini (1974), Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini (1986) bitirib. 1973-cü ildə əmək fəaliyyətinə, 1974-cü ildə pedaqoji fəaliyyətə başlayıb.

1975–1977-ci illərdə hərbi xidmətdə olub. Lənkəranın müxtəlif məktəblərində müəllim və Cəlilabad rayonunda İcra hakimiyyəti başçısı (1992–1993) işləyib. Hazırda Lənkəran şəhəri 9 saylı orta məktəbdə müəllim işləyir. Lənkəran bölgəsində milli-demokratik hərəkatın təşəbbüsçüsü, təşkilatçısı və liderlərindən biri olub.

1990-cı il yanvar hadisələri zamanı Lənkəranda "Elin səsi" qəzetinin nəşrini və həmçinin imperiyanın təcavüzkar siyasətini ifşa edən televerilişlər təşkil edib. Lənkəran Müəllimlər Cəmiyyətinin sədridir. Evlidir, 3 övladı var.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.