Rahim Babayev

Rahim Vaqif oğlu Babayev (1 dekabr 1970, Ordubad, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.[1]

Rahim Babayev
Rahim Vaqif oğlu Babayev
Doğum tarixi 1 dekabr 1970(1970-12-01)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Atası Vaqif Babayev
Anası Yaqut Quliyeva
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti Qara Yanvar şəhidi

Haqqında

1970-ci il dekabrın 1 də Ordubad şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin III kurs tələbəsi idi.[2]

Şəhid olması

19 yanvar günü saat 22.30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. 20 yanvar 1990-cı ildə qrup və döyüş yoldaşı olan Salyan qazarmasının yanında Bəhaddinə hasardan aşıb keçməsinə köməklik göstərən zaman şəhid olmuşdur. Yanvarın 24-dən 25-nə keçən gecə saat 04-də hərbçilər tərəfindən Semaşko xəstəxanasına gətirilib. Beş günlük axtarışdan sonra yanvarın 25-də qohumları onu Semaşko adına xəstəxananın meyidxanasında tapıblar. Yanvar ayının 27-də Şəhidlər xiyabanında dəfn edilmişdir.

Fakt

  • Atası onu mitinq ve mübarizədən "tutacaqlar, öldürəcəklər!" deyib çəkindirəndə, cavabında "qələbə qurbansız olmur!" deyirdi.

Həmçinin bax

Ədəbiyyat

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.