Rahilə Ginzburq

Ginzburq Rahilə Solomonovna (1 iyun 1920, Bakı6 dekabr 1995, Bakı) – Aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1964) [1]

Rahilə Ginzburq
Rahilə Solomon qızı Ginzburq
Digər adı

Rəhil Ginzburq

Raxil Ginzburq
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1964 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

Həyatı

Rahilə Ginzburq 1 iyun 1920-ci ildə Bakı şəhərində neftçi Süleyman Ginzburqun ailəsində anadan olmuşdur. 1937-ci ildə Bakı Teatr Kollecinin aktyorluq fakültəsinə daxil olan aktrisa 1941-ci ildə buradan məzun olur. 1938-ci ildə, hələ 18 yaşında olarkən Rahilə xanım Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Məhərrəm Aşumovla tanış olur. Həmin il Aşumov Rahilə Ginzburqun ailəsinə elçi göndərir. Bu zaman Rahilə xanım ailəsi ilə birlikdə indiki Dilarə Əliyeva küçəsindəki mütəxəssislər binasının 5-ci mərtəbəsində yaşayırdı. Cütlüyün bu evlilikdən Tamilla adlı qızları dünyaya gəlmişdir. Tamilla Aşumova 70-80-ci illərdə Azərbaycan Televiziyasının məşhur jurnalistlərindən biri olmuşdur.

Fəaliyyəti

Rahilə Ginzburq səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.

Əsas rolları

  1. Maskarad", M.Lermontov) — Nina
  2. İstedadlar və pərəstişkarlar", A.Ostrovski) — Negina
  3. Üç bacı", A.Çexov) — İrina
  4. Meşşanlar (M.Qorki) — Polya
  5. Günəşin övladları (M.Qorki) — Liza
  6. İrkutsk əhvalatı (A.Arbuzov) — Valya
  7. Köhnə dəbli komediya (A.Arbuzov) — Lidiya
  8. Ağıldan bəla (A.Qriboyedov) — Sofiya
  9. Mariya Stüart (F.Şiller) — Mariya Stüart
  10. Milyonçu xanım (C.B.Şou) — Epifaniya
  11. Piqmalion (C.B.Şou) — Eliza
  12. Şıltaq qızın yumşalması (U.Şekspir) — Katarina
  13. Fərhad və Şirin (S.Vurğun) — Şirin
  14. Səadət düşmənləri (S.Vurğun) — Gülnar
  15. Aydın (C.Cabbarlı) — Gültəkin
  16. Mənim məhəbbətim Elektra (L.Dürko) — Klitemnestra
  17. Alçaldılmış və təhqir olunmuşlar (F.Dostoyevski) — Nelli
  18. Lanqust gülüşü (C.Marrel) — Sara Bernar

Filmoqrafiya

  1. Körpə (film, 1962)
  2. Kənar adamlar (film, 1992)

İstinadlar

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.