Rafiq Quliyev (coğrafiyaçı)
Rafiq Yaqub oğlu Quliyev (26 avqust 1932, Şuşa, DQMV) — Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının dosenti.
Rafiq Quliyev | |
---|---|
Rafiq Yaqub oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Həyatı
Quliyev Rafiq Yaqub oğlu 26 avqust 1932-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1950-ci ildə Ağdam şəhərində orta məktəbi bitirib həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olub. Fakültəni 1955-ci ildə bitirəndən sonra göndərişlə Moskva Dördüncü İdarəsi yanında Primorye ölkəsində kompleks geoloji ekspedissiyası tərkibində işləmişdir. 1959-cu ildən Azərbaycan Geoloji İdarəsində geoloji – hidrogeoloji ekspedisiyalarında baş mühəndis işləmişdir. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspiranturaya qəbul olunmuş və aspiranturanı Moskvada başa vurduqdan sonra geomorfologiya ixtisası üzrə elmlər namizədliyi rütbəsi dissertasiyasını müdafiə edərək, 1969-cu ilə qədər Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1969-cu ildən etibarən Bakı Dövlət Universiteti coğrafiya fakültəsi fiziki coğrafiya kafedrasının dosenti vəzifəsində çalışır.
Təhsili və elmi adları
1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini hidrogeoloq ixtisası üzrə bitirib 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspiranturaya qəbul olunmuş və aspiranturanı Moskvada başa vurduqdan sonra geomorfologiya ixtisası üzrə elmlər namizədliyi dərəcəsi almışdır 1969-cu ildə geomirfologiya ixtisası üzrə baş elmi işçi adını alıb. 1971-ci ildə fiziki coğrafiya ixtisası üzrə "dosent" elmi adını alıb.
Əmək fəaliyyəti
1969-cu ilə qədər Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1969-cu ildən etibarən Bakı Dövlət Universiteti coğrafiya fakültəsi fiziki coğrafiya kafedrasının dosenti vəzifəsində çalışır. Ümumi geomorfologiya, paleocoğrafiyanın əsasları, fiziki coğrafiyanın tədqiqat üsulları, geomorfoloji çöl tədqiqat üsulları, geomorfoloji xəritələşdirmə və sair fənləri tədris edir. 90 məqalənin, elmi əsərin,3 monoqrafitanın və kitabın müəllifidir.
Tədqiqat sahəsi
Elmi fəaliyyəti dövründə ixtisasının müxtəlif sahələrinə o cümlədən, vulkanik sahələrin geomorfologiyası, morfostruktur analiz, morfometrik ünsürlərin morfogenez təhlilində indikator kimi rolu, onların ekogeomorfoloji şəraitin öyrənilməsində və xəritələşdirilməsində əhəmiyyəti və digər istiqamətlərinə tədqiqatlar aparır
Seçilmiş əsərləri
- Сложность строения эрозионной сети восточной части Малого Кавказа – БГУ, № 3, 2005; с 120–131
- К методам морфометрической оценки напряженности экогеоморфологической обстановки — Вестник БГУ, серия ест.наук, № 3, 2006; с 151–158
- Приемы определения и закономерности регионального распределения показателей экогеоморфологический напряженности Талыша — Вестник БГУ, серия ест.наук, № 2, 2007; с 159–165
- Оценка экогеоморфологической напряженности северо-восточных склонов Большого Кавказа по морфометрическим показателям. Вестник БГУ, серия ест. наук, № 3, 2008 г.с 184–190
- Ümumi Geomorfologiya . Proqram coğrafiya-bakalavr pilləsi üçün. Pr.toplusu. BDU,2007
- Fiziki coğrafiya tədqiqat üsulları. Pr.coğrafiya bakalavr pilləsi üçün proqram toplusu, BDU,2007
- Морфометрия рельефа. Proqram magistr hazırlığı üçün. Pr.toplusu. BDU,2007
- Полевые геоморфологические исследование, Proqram magistr hazırlığı üçün. Pr.toplusu. BDU,2007
- Палеогеография. Proqram magistr hazırlığı üçün. Pr.toplusu. BDU,2007
- Палеогеоморфология. Proqram magistr hazırlığı üçün. Pr.toplusu. BDU,2007
- Геоморфологическое картографирование.
- Morfometrik və geomorfoloji xəritələrin tərtibi..
- Морфометрические составляющие напряженности экогеоморфологической условий Талыша, — Вестник БГУ, N1,2008
- Углы наклона поверхности рельефа и экогеоморфологической напряженности северного склона Юго-Восточного Кавказа , Вестник БГУ, N4,2008
Kitablar
- Геоморфология Азербайджана.Изд.АГУ,Баку,1974
- История развития рельефа Малого Кавказа и Талыша
- Физическая география Закавказье.Изд,Ереван Унив,1986 г.
Mənbə
- bsu.edu.az