Rafiq Qasımov (mühəndis)
Rafiq Qasımov — "Əməkdar Mədəniyyət işçisi", İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun texnika üzrə müavinidir. İxtisasca mühəndis-radio texnikdir.
RAFİQ QASIMOV | |
---|---|
Mükafatları |
Həyatı
1968-ci ildə Azərbaycan Radio Televiziya Mərkəzində (İndiki AzTV) əmək fəaliyyətinə başlayıb. Bir neçə il Teleteatrın rəisi, 1981-ci ildən isə AzTV-də videoyazı şöbəsinin rəisi işləyib. Rəhbərlik etdiyi qrupla birgə keçmiş SSRİ məkanında cəmi beş rəngli Səyyar Televiziya Stansiyasının birini ilk dəfə olaraq Azərbaycana gətirib.
“Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir. Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Mənbə
- Direktorlar şurası Arxivləşdirilib 2009-09-11 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.