Rafiq Qasımov (bioloq)

Rafiq Yunisəli oğlu Qasımov (26 iyun 1931, İrəvan) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1983).[1][2]

Rafiq Qasımov
Rafiq Yunisəli oğlu Qasımov
Doğum tarixi 26 iyun 1931(1931-06-26) (92 yaş)
Doğum yeri
Elm sahəsi biologiya
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili

Həyatı

Rafiq Qasımov 26 iyun 1931-ci ildə İrəvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirən Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ EA-nın İ. P. Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb.[1][2]

Rafiq Qasımov 1958-ci ildə "Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə "Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan Rafiq Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.[1][2]

Rafiq Qasımov 1965–1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А. Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri olmuş və 1974-cü ildən həmin institutda baş elmi işçidir.[1]

2018-ci ildə "Rafiq Yunis-Əli oğlu Qasımov" adlı biblioqrafiya nəşr olunub.[3]

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • SSRİ EA-nın Fiziologiya Bölməsinin "Ali sinir fəaliyyətinin və davranışın genetikası" problemi üzrə komissiya sədrinin müavini (1985–1990);
  • İxtioloji Komissiyanın Əlaqələndirmə Şurasının sədr müavini (1974–1990);
  • İxtioloji Komissiyanın Elmi Şurasının üzvü;
  • "Təkamülün biokimyası və fiziologiyası" jurnalının redaksiya heyətinin üzvü (1986–1992);
  • SSRİ AAK-nın Fiziologiya üzrə Ekspert Şurasının üzvü (1988–1989);
  • Beynin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın üzvü (İBRO, 1999–2010);[1]
  • Xəzər dənizinin problemləri üzrə Elmi Şuranın üzvü (1991–1996);[1]
  • Bioloji Ehtiyatlar Komissiyasının üzvü;
  • Böyük Britaniyanın "BP-Azerbaijan" Neft Şirkətində ekologiya üzrə müstəqil ekspert
  • 2010–2014-cü illərdə AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunda Dissertasiya Şurasının üzvü;
  • 2010-cu ildən AMEA-nın Veteranlar Şurasının sədri;[2]

Təltif və mükafatları

Rafiq Qasımov 1989-cu ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Bürünc" medalına layıq görülüb. Həmçinin 1996-cı ildə ekologiya sahəsində xidmətlərinə görə H. Ə. Əliyev adına medalla təltif olunub.[1] 1982-ci ildə isə Leypsiq (ADR) yarmarkasında böyük Qızıl medalla mükafatlandırılıb.[2]

Azərbaycan Prezidentinin 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[4]

Elmi əsərləri

1. Наследование некоторых свойств высшей нервной деятельности при межвидовой гибридизации.// Изв. АН ССР, ССР. Биол. Наук, 1962, № 1, стр. 56–59.

2. Сравнительная характеристика поведения дикой и заводской молоди осетровых в раннем онтогенезе. Монография, Изд-во "Эльм", Баку 1980, 180 стр.

3. Эколого-физиологические особенности развития ценных промысловых рыб Азербайджана. Монография., Изд-во "Эльм", Баку, 1987, 132 с.

4. Влияние нефти и нефтепродуктов на осетровых и других видов рыб. "Осетровые СССР и их воспроизводство". Труди УННОРХ, Москва, 1971, Т.3, с. 191–195[1]

İstinadlar

  1. "Qasımov Rafiq Yunisəli oğlu" (Azərbaycan). science.gov.az. 20-9-2021 tarixində arxivləşdirilib.
  2. "Rafiq Qasımov" (Azərbaycan). nkpi.az. 20-9-2021 tarixində arxivləşdirilib.
  3. https://azertag.az/xeber/rafiq_yunis_eli_oglu_qasimov_biblioqrafiyasi_nesr_edilib-1180725
  4. "Azərbaycan Prezidenti bir qrup elm xadiminə fərdi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb – SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.