Rafiq Hacıyev (güləşçi)

Rafiq Sultan oğlu Hacıyev (doğ. 31 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet sərbəst güləşçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli SSRİ idman ustası, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi".[1]

Rafiq Hacıyev
Rafiq Hacıyev 1970-ci ildə
Rafiq Hacıyev 1970-ci ildə
Şəxsi məlumatlar
Tam adı Rafiq Sultan oğlu Hacıyev
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Çəkisi 48 kq
İdman növü Sərbəst güləş
Karyera illəri 19661975
Məşqçisi E. Ramazanov, A. İbrahimov
Ağırlıq dərəcəsi 48 kq
Komandası
  • Silahlı qüvvələr (Bakı, 1969);
  • "Dinamo" (Bakı, 1970-1975).

Həyatı

Rafiq Hacıyev 31 may 1947-ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildən güləşlə məşğul olmağa başlayıb. Bir il sonra yarışlarda debüt edib.

1963-cü ildə Bakı çempionatının qalibi, Azərbaycan SSRİ çempionatının isə bürünc mükafatçısı olub.[2]

1966-cı ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. Hacıyev idman dairələrində tanındığından, iki il yarım Şimali Qafqaz qoşunları ordusunun idman klubunda qulluq edib.[2]

1970-ci ildə Avropa çempionatında qızıl, 1973-cü ildə isə isə gümüş medal qazanıb.[1]

1970-ci ildə SSRİ kubokunda qızıl medal qazanıb.

1973-cü ildə ABŞ-nin Tolido şəhərində keçirilmiş Dünya Kubokunda, 1974-cü ildə isə Türkiyənin İstanbul şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.[1]

1974-cü ildə İspaniya-nın Las-Palmas şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıb.

Sərbəst güləş üzrə SSRİ çempionatında 1969-cu ildə bürünc, 1970-ci ildə qızıl, 1971, 1972 və 1975-ci illərdə isə gümüş medal qazanıb.[1]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.