Rafiq Turabxanoğlu

Abdullayev Rafiq Turabxan oğlu (Rafiq Turabxanoğlu) — Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri. Antisovet düşüncəsinə görə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən 1967–1968-ci illərdə həbsdə saxlanmışdır. Azərbaycanın müstəqilliyi dövründə — 1992-ci ildə prezidentliyə namizəd olmuşdur.

Rafiq Turabxanoğlu
Azərbaycan Xalq Demokratik Partiyasının sədri
1968 5 mart 2021
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1946
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Rafiq Turabxanoğlu 1946-cı ildə Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümumazərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə Turan Qurultayını keçirib. Ailəlidir, bir övladı var.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.