Rafiq Əliyev (dinşünas)
Rafiq Yəhya oğlu Əliyev (1 yanvar 1947, Ağdam rayonu) – "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri.
Rafiq Əliyev | |
---|---|
21 iyun 2001 – 27 iyun 2006 | |
Sonrakı | Hidayət Orucov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1947 (77 yaş) |
Doğum yeri |
Təhsili
- 1953–1963: Ağdam rayonu, Quzanlı kənd orta məktəbi;
- 1963–1968: Azərbaycan Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ərəb dili bölməsi (1966–1967: Bağdad Universitetində internatura);
- 1972–1975: Fəlsəfə elmləri namizədi (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun din tarixi bölməsi. Namizədlik Dissertasiyası: "Cənubi Yəməndə elmi sosializmin yayılması";
- 1989–1990: Fəlsəfə elmləri doktoru (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. Doktorluq dissertasiyası: "Milli sosializm konsepsiyasının analizi" (Əlcəzair, Misir, Suriya, İraq, Liviya, Cənubi Yəmən);
- 1994: Professor (fəlsəfə tarixi), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. İşin adı: "İslam, millətçilik, sosializm"[1]
İş təcrübəsi
- 1985–1998: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, din tarixi bölməsinin müdiri;
- 1997–1999: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda xarici əlaqələr üzrə müdir müavini;
- 1998–2000: Azərbaycan Elmlər Akademiyasının Qafqazda İslam Araşdırmaları Mərkəzinin direktoru;
- 1991-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin təsisçisi, "İslam araşdırmaları" jurnalının baş direktoru (azərbaycan və ingilis dillərində), "Şərq tibb jurnalı"nın təsisçisi (azərbaycan və ingilis dillərində);
- 21.06.2001–27.06.2006: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;[2]
- 27.06.2006-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru.
Monoqrafiyaları
- Demokratik Yəmən ictimai tərəqqi yolunda (Publisistika), Bakı, "Elm", 1975, 32 səh.
- Beynəlxalq islam təşkilatları (Məlumat kitabçası), Bakı, "Bilik", 1986, 45 səh.
- İslam "Milli sosializm" konsepsiyasında (Əlcəzair, Misir, Cənubi Yəmənin timsalında), Bakı, "Elm", 1986, 156 səh.
- "İslam və ərəb ölkələrində milli azadlıq hərəkatı" (azərbaycan dilində), Bakı, "Elm", 1985, 55 səh.
- "İslamizm, ərəbizm, sosializm" (rus dilində), Bakı, "Elm", 1994, 386 səh.
- "İslam və Azərbaycan mədəniyyəti" (ərəb dilində), Dubay, 1996, 60 səh.
- "İslam və Azərbaycan mədəniyyəti" (Orta əsr Azərbaycanının mədəni inkişafının əsas xüsusiyyətləri) (Tarixi-elmi analiz), ingilis, fransız və ərəb dillərində, 1 kitabda, ISESCO, Rabat, Mərakeş, 1996, 113 səh.
- "İslamda ailə-nikah münasibətləri" (azərbaycan dilində). Bakı, "İrşad" Mərkəzi, 1999, 250 səh.
- "İslam" (azərb. dilində), Bakı, "İrşad" Mərkəzi, 2000, 375 səh.
- "Dinin əsasları" (azərb. və rus dillərində, 2 kitabda), dərslik, Bakı, 2001–2004, 236 səh.[3]
- "Dövlət və din" (azərbaycan, rus və ingilis dillərində, 3 kitabda), Bakı, 2004, 100 səh.
- "Romantizm körpəsi" (rus və ingilis dillərində, 2 kitabda), Bakı, 2009, 116 səh.
- "Səmimi söhbət" (rus və ingilis dillərində, 2 kitabda), Bakı, 2009, 284 səh.[4]
Üzvlüyü
Ailə vəziyyəti
Ailəlidir, iki övladı var.
İstinadlar
- "Simurq-az.org – Rafiq Yəhya oğlu Əliyev". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- E-qanun.az – R. Y. Əliyevin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- "Anl.az – Din". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
- Elibrary.az. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası – Rafiq Yəhya oğlu Əliyev
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.